!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanov: "Roma"nı çox tərifləmək istəmirəm"

!Reklam – Yazi

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Roma” ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, Qurbanov öncə rəqib barədə fikirlərini bildirib:

– Bakıda ilk oyunumuzdu. Hamı üçün maraqlıdı. Belə bir oyunun Bakıda olması həm şəhərimiz, həm də ölkəmiz üçün böyük bir şeydi. Bizim qrupda 3 favorit var – “Çelsi”, “Atletiko” və “Roma”. Bəlkə də, kimlərsə bu siyahıdan “Roma”nı silirdi. Ancaq bu komandanın oyununu izlədikdən sonra bir daha əmin oldum ki, onlar da qrupun favoritlərindəndi. Əlimizdən gələni edəcəyik ki, rəqibə qarşı yaxşı oyun sərgiləyək.

– Komandanın üzərində psixoloji təzyiq varmı?

– Həyəcan, təzyiq həmişə olur. Bir şeyi qeyd edə bilərəm ki, bizim Avropa təcrübəmiz olsa da, bu, tam fərqli şeydi. Həmişə demişəm, nə qədər çox azarkeş qarşısında oynasaq, futbolçularda özünəinam bir az da artar. Düşünməliyik ki, doğma meydanımızda oynayırıq. Böyümək üçün məğlubiyyətlərdən qorxmamalıyıq. Bunlardan nəticə çıxarmalıyıq. İlk oyunumuzda böyük hesabla uduzsaq da, bu oyuna daha yaxşı hazırlaşmışıq. Artıq ÇL-də az da olsa təcrübəmiz var. Çalışmalıyıq ki, rəqib meydanda öz istəklərini yerinə yetirə bilməsin.

– Deyilənə görə, “Sumqayıt”la matçdan sonra Miçel böyük miqdarda cərimə edilib. Sabah ona şans verəcəksiz?

– Miçel dünən cərimə olunub. Hər bir futbolçu bilir ki, klubda belə şeylər bağışlanmır. Buna görə, bunu normal qəbul edirlər. Bu, idmandı. İdmanda bəzi psixoloji amillər var. Bəzən olur ki, futbolçu özünü saxlaya bilmir. Mən də futbolçu olmuşam, bunu yaxşı başa düşürəm. Lakin biz klubda yaratdığımız nizam-intizam qaydasından kənara çıxa bilmərik. Kim qaydaları pozubsa, istər futbolçu olsun, istərsə də başqa işçi bunun cəzasını almalıdı. Miçelə həmişə hörmət etmişəm, həm futbolçu, həm də insan kimi. Deyə bilərəm ki, sabah çox güman meydanda olacaq.

– Bəs Ansi Aqollinin vəziyyəti necədi? Sabah onu meydanda görə biləcəyik?

– Onun vəziyyəti daha yaxşıdı. Lakin tam olaraq şans qazanıb-qazanmayacağına sabah aydınlıq gələcək.

– “Çelsi” ilə oyunla müqayisədə dəyişiklik olacaq?

– Bəli, dəyişiklik olacaq. Ancaq bu dəyişiklik ciddi olmayacaq. Əsasən, öz oyunumuzu yaxşılaşdrmağa çalışacağıq. İlk oyundan fərqli olaraq, evdə oynayırıq. Buna görə, az da osla dəyişikliklər gözlənilir.

– “Roma”nın oyununu izlədiynizi dediz. Bu komandanın heç zəif cəhəti yoxdu?

– O vaxt Pro kateqoriyası almaq üçün “Borussiya” və “Barselona”da təcrübə keçmişdim. “Borussiya”da təcrübə keçəndə mənə aydın oldu ki, bu klub hardadı, “Qarabağ” hardadı. Ancaq “Barselona”da təcrübə keçdikdən sonra eyni şeyi “Borussiya” və bu klub barədə düşündüm. ÇL-də çıxış edən bütün komandalar güclüdü. Lakin ən güclü belə səhv edə bilir, qapısında top görə bilir. Ancaq İtaliya kimi futbol ölkəsini təmsil edən komadada cəmi italyan oybayırsa, ki onun da bildiyim qədər ilə ərəb əsillidi. Bu, komandanın gücündən xəbər verir.

– Bu günə kimi iki İtaliya klubuyla – “Fiorentina” və “İnter”lə qarşılaşmısız. Bu komandalarla “Roma”nı müqayisə edə bilərsiz?

– Müqaysə etməyə ehtiyac yoxdu. Son iki ildə “Yuventus”la çempionluq uğrunda mübarizə aparıb. Rəqibi çox tərifləmək istəmirəm. Lakin deyə bilərəm ki, “Fiorentina” və “İnter”dən çox fərqlidi.

– Vətəndə oynasaz da, sizə yad stadionunda çıxış edəcəksiz. Komanda artıq öz işinin öhdəsindən gəlib. Belədə, yerli gənc oyunçulara şans verməyi düşünmürsüz ki?

– Futbol elə bir oyundu ki, burda yarışa çıxırsızsa, layiq olan şans qazanmalıdı. Bizim üçün fərqi yoxdu, yerli ya əcnəbi. Əlbəttə, mən də istəyərdim ki, yerli uşaqlar oynasın. Lakin kiminsə haqqını əlindən almaq da düzgün deyil. Elə olur ki,  futbolçu meydana çıxmağa layiqdi. Lakin onlardan 11-nə şans verməlisən. Biz də çalışırıq ki, ən layiqlilərə şans verək.

www.yenicag.az

1553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv