!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qurban Qurbanovdan millidə yeni təyinatlar - Yığmaların baş məşqçiləri bəllidir

!Reklam – Yazi

Qurban Qurbanovun futbol üzrə Azərbaycan millisinə baş məşqçi təyin olunmasından sonra aşağı yaş qrupu üzrə yığma komandalarımızın da baş məşqçiləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, U-21 millimiz Mahmud Qurbanova tapşırılacaq. Yeni yaradılan U-20 yığmasına isə “Qarabağ”ın U-19 komanadasının baş məşqçisi Rəşad Sadıqov rəhbərlik edəcək. U-19 isə bunadək U-15 və U-16 yığmalarımızı çalışdıran Vüqar Məmmədə həvalə olunacaq. Digər yeni yaradılan U-18-ə isə Zaur Həşimov başçılıq edəcək. U-17 isə “Qəbələ”nin məşqçisi Ramin Quliyevə tapşırılacaq.

Bütün məşqçilər Qurbanovun istəyi ilə postlara yerləşdirilib. Növbəti günlərdə isə U-15 və U-16-nın çalışdırıcıları bəlli olacaq.

Təyinatlar tezliklə AFFA tərəfindən rəsmən açıqlanacaq.

Emin Səfərov

www.yenicag.az

2763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv