Yazı İçi 468×60

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliya mətbuatına müsahibə verib.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı müsahibəsinə maraqlı məqamlardan danışıb.

Sözügedən müsahibəni təqdim edirik:

– Köçkün klub üçün Avropada qazanılan uğurlar nə deməkdir?

– Bir azərbaycanlı kimi mənim üçün bu barədə danışmaq çətindir. Bildiyiniz kimi bizdə bir milyondan çox qaçqın var və ərazimizin bəzi hissələri düşmənlər tərəfindən işğal edilib. Amma mən bu yaralı bölgənin klubunda fəxrlə, məsuliyyətlə işləyirəm. Heç zaman öz məsuliyyətimi unutmaram. Həmişə öz vətənini, evlərini tərk edən insanları düşünürəm.

– Heç Ağdamda olmusuz?

– Əlbəttə. Orada oldum. Amma müsahibədə bu barədə duyğularımı ifadə edə bilmərəm. Ora çox gözəl şəhər idi. Bunu ancaq öz gözlərinizlə görməlisiniz. Məni incidən odur ki, bu yerləri ziyarət edə bilmirik.

– Niyə Quzanlıda oynamırsız?

– Biz ötən mövsümlərdə orada oynadıq. Əgər bu mənimlə bağlı olsaydı, daha çox Quzanlıda olardım. Amma təəssüf ki, futbol şəraiti xoş deyil. Bu səbəbdən Bakıda oynamaq məcburiyyətindəyik.

– Azarkeşlər üçün yaxşı olmazdımı?

– Bunu bilirik. Amma vəziyyət əlverişli deyil. İnsanlar bu komandanı sevirlər, onunla yaşayırlar.

– Bir gün təkrar Ağdama qayıdacaqsınız deyə düşünürsünüz?

– Ümidlə yaşamaq həmişə vacibdir. Allaha həmişə dua edirəm ki, Qarabağ geri qayıtsın.

– Çempionlar Liqasının qrup mərhələsi sizin üçün nə deməkdir?

– Avropanın ən nüfuzlu klub turniridir. Ən yaxşı klublar, ən yaxşı oyunçular, ən yaxşı məşqçilər burada yer alır. Biz bildiyiniz kimi kiçik bir futbol ölkəsiyik. Bu yarışda ölkəmizi və işğal olunmuş şəhərləri təmsil etmək qürurdur.

– “Çelsi”yə 0:6 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

– “Qarabağ”la “Çelsi” arasında böyük fərq var. Amma yekun hesab fərqli ola bilərdi. Bu turnirdə ilk oyunumuz idi və təcrübəmiz üçün yüksək qiymət verdik. “Atletiko” da “Çelsi” kimi böyük komandadır. Yaxşı məşqçilər, oyunçular və yaxşı oyun tərzi var. Əslində biz çox güclü rəqiblə qarşılaşacağıq. “Roma” haqqında isə heç nə demirəm. Bütün heyətdəki oyunçular güclüdür.

– Françesko Tottisiz “Roma”nın ilk mövsümünü necə analiz edərdiniz?

– Totti ən yaxşılardan biri idi. Veteran olmasına baxmayaraq “Roma”nı onsuz təsəvvür etmək çətindir.

– “Qarabağ”ın azad edilməsi üçün hansı işlər görülür?

– Mən siyasətdən uzaq bir insanam. Bir şeyi bilirəm ki, ölkəmizin prezidenti İlham Əliyev işğal olunmuş torpaqları geri qaytarmaq üçün çox səy göstərir. Bəzi ölkələr də bundan narahatdır. Azərbaycan vətəndaşları olaraq biz də ÇL-də ölkəmizi təmsil etmək üçün hər şeyi edəcəyik. Bu ərazilər Azərbaycana aiddir. Bir də görürəm ki, işğal olunmuş ərazilərimiz haqqında sizin də kifayət qədər məlumatınız var. Bunun üçün sizə təşəkkür edirəm. Ümumiyyətlə, mən dünyada sülhün olmasının tərəfdarıyam.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5300
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."