Ads by Google

hightechnic
Ads by Google

492638_465214Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən qeydiyyatdan keçən 10 ədəd heyvan kəsim məntəqələri fəaliyyət göstərir.

Bu barədə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov bildirib.

Onun sözlərinə görə, bu cür məntəqələrdə baytarlıq müayinəsi pulsuz olaraq həyata keçiriləcək:

“Bakı şəhərində Qurban bayramı ilə əlaqədar olaraq 10 ədəd heyvan kəsim məntəqələri faəliyyət göstərir. Eyni zamanda, bu cür məntəqələrdə heyvanların baytarlıq müayinəsi pulsuz olaraq həyata keçiriləcək”.

Y.Həsənov bu məntəqlərdə heyvan kəsiminin şəhərin ekoloji vəziyyətinin çirklənməsinin qarşısını alacağını da qeyd edib:

“Bu cür məntəqələrdə baytarlıq sanitariya qaydaları tam qorunur. İstərdik ki, insanlar həmin məntəqələrdə heyvanları kəsdirsinlər. Şəhərin təmizliyinə riayət olunsun”.

Bundan başqa, xidmətin rəsmisi qeyd edib ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Bakı Şəhəri Baytarlıq İdarəsinin baytar mütəxəsisləri bu gündən yerlərdə həm kəsimə, həm də gətirilən heyvanlara nəzarət edəcək:

“Artıq bizim mütəxəsislər yerlərdə faəliyyət göstərirlər. Gətirilən heyvanların baytarlıq şəhadətnaməsi əsasında gətirilməsinə və heyvanların kəsiminə nəzarət olunur. Təxminən 80 nəfər baytarlıq mütəxəsisi bu işə cəlb olunub”.

Qeyd edək ki, məntəqələr Keşlə bazarı yaxınlığında, Nərimanov rayonu ərazisində , “Oazis” restoranın yanında, “Çobanzadə” küçəsində, Heydər Əliyev prospektində (“Qoç ət” ) Suraxanı ərazisində (“Hilal ət”), Binə tərəfdə (“Binə”) fəaliyyət göstərir(oxu).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."