!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qurdlar Vadisi Çevriliş”ə görə, “Polad Alemdar” həbs ediləcək – Bu artıq film deyil

!Reklam – Yazi

polad alemdar 02“Qurdlar Vadisi”ni çəkən Pana Film şirkəti 15 iyul çevriliş cəhdinin ardından “Qurdlar Vadisi Çevriliş” adlı film çəkəcəyini bildirib. Yenicag.az xəbər verir ki, əsl mərəkə də bundan sonra başlayıb. Belə ki, filmin adına uyğun domainin çevrilişə cəhddən iki ay öncə -18 may 2016-cı il tarixində satın alındığı ortaya çıxdı.

Sosial mediada qalmaqala səbəb olan isə həmin domainin “Pana Film”in rəhbərliyində təmsil olunan Murat Özyer tərəfindən alınmasıdır.

Üstəlik, Türk Patent İnstitutunda “Qurdlar Vadisi Çevriliş” filminin marka təscil tarixi 24 may 2016-cı ildir.

Bunun təsadüf olmadığını və Türkiyədə bir çox olay kimi bunu da “Qurdlar Vadisi”nin bildiyi irəli sürüldü.

“Pana Film”dən isə bu barədə açıqlama verilməyib.

Türk mediası isə mövzu ilə bağlı dəlilləri yayıb. Əgər “Pana Film” rəhbərliyinin çevrilişdən öncədən xəbəri olduğu təsdiqlənərsə, o zaman şirkət sahiblərinə qarşı cinayət işi açıla bilər. Qeyd edək ki, “Pana Film”in hazırki rəhbəri “Qurdlar Vadisi”nin baş rol oyunçusu Necati Şaşmaz(Polad Alemdar)dır.

Yenicag.az

www.yenicag.az

3682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv