!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quterreşin Qarabağ çağırışı: “Sözdən əmələ keçilməsə, nəticə olmayacaq” - Politoloq

!Reklam – Yazi

“Təcavüzkar və təcavüzə məruz qalan ölkələr konkret göstərilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin sürətləndirilməsinin vacibliyi haqqında fikirlərini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli

Politoloqun sözlərinə görə, beynəlxalq miqyasda işğalçı Ermənistana qarşı təzyiqlər gücləndirilməsə, münaqişənin həlli istiqamətində ciddi irəliləyişlər olmayacaq:

“BMT-nin hazırkı baş katibi Quterreş öz sələfi ilə müqayisədə daha faydalı işləməyə çalışır. Ancaq bununla belə, o da Dağlıq Qarabağ məsələsində əsaslı dönüş yaratmağa səy göstərmir və yaxud da bunu bacarmır. BMT-nin Minsk qrupunu canlandırması nə verəcək ki? Təcavüzkar dövlətə qarşı təzyiqlər artmasa, heç bir nəticə də olmayacaq.

Ermənistana qarşı hər hansı bir təzyiqin olduğunu görmürük. Ona görə də İrəvan özünün işğalçılıq siyasətindən əl çəkmir. Hesab edirəm ki, BMT müstəvisində Azərbaycanın təcavüzə məruz qalması faktı geniş miqyasda qabardılmalı və torpaqlarımızın azad edilməsi üçün prosedurlara başlanılmalıdır.

BMT Təhlükəsizlik Şurasında Azərbaycan ərazilərinin işğalı ilə bağlı dörd qətnamə qəbul edilib – o sənədlərin işləkliyini təmin etmək lazımdır. Bunun üçün də böyük dövlətlərin ikili standartlardan əl çəkmələrinə ehtiyac var. Təcavüzkar və təcavüzə məruz qalan ölkələr konkret göstərilməlidir. Burada əsl müharibə gedib, 30 min vətəndaşımız həlak olub, Azərbaycana 150 milyard dollar dəyərində maddi ziyan dəyib.

Bütün bunları nəzərə alaraq, Quterreşin Qarabağla bağlı söylədiklərini irəliyə doğru addım hesab edirəm. Amma bu söylənilənlər əməli fəaliyyətə keçmədiyi halda, prosesdə lazım olan dinamika yaranmayacaq”.

ELÇİN

www.yenicag.az

1532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv