yenicag.az

Quzanlı qəsəbəsində təlim – “Dəri zöhrəvi xəstəliklər”…

Quzanlı qəsəbəsində təlim – “Dəri zöhrəvi xəstəliklər”…

Müəllif: Redaktor

Editor

063d61c4-91ae-4907-afc2-2dea3860bf0cAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Tərəqqi” SİİB –i “Əhali arasında tibbi maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində 14.07.2016-cı il tarixində Ağdam rayonu, Quzanlı qəsəbəsində “Dəri zöhrəvi xəstəliklər” mövzusunda təlim keçirildi.

Təlimin məqsədi dəri xəstəlikləri və onun müalicə və profilaktikası barədə iştirakçıları məlumatlandırmaq idi.

Təlimi S.Feyziyeva aparırdı. O,mövzu ilə bağlı əraflı məlumat verərək bildirdi ki, “ dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyalar yerinə yetirir.Quruluşuna görə dəri xarici və daxili birləşdirici toxuma qatlarından təşkil olunmuşdur. Toxuma qatlarının qalınlığı müxtəlif nahiyələrdə müxtəlifdir. Dəri örtüyü ovucda,ayaq altında və bel nahiyəsində daha qalındır”. Həkim dərinin orqanizmdəki funksiyaları barədə məlumat verdikdən sonra dəri xəstəlikləri(dodaqlarda herpes , vitiliqo,ayaqlarda göbələk,furunkul, tetanus, parazit ) barədə məlumat verdi . Qeyd etdi ki, dünyada 90% insan dodaqlarda herpes virusunun daşıyıcısıdır. Xarici epitel qatı nisbətən nazikdir. Herpes hava-damçı ,cinsi və anadan uşağa keçə bilir. Ona görə də əksəriyyət insanda bu virus var. Vitiliqo xəstəliyində dəridə ağ ləkələr olur.Ayaqlarda göbələk xəstəliyi ilə çox insan rastlaşır. Pəncələrdə,barmaqlar arasında,bədənin digər yerlərində dəri qızarır,iltihablaşır,soyulur,güclü qaşınır.Tibdə buna mikoz deyilir. Bu iltihabı mikroskopik göbələk törədir. Bu xəstəliyə insanlar digər insanlardan hovuza, hamama, saunaya, idman zalına getdikdə tutulurlar…”

Daha sonra Feyziyeva dəri xəstəliklərinin profilaktika və müalicəsi ilə bağlı ətraflı danışdı və tövsiyyələr verdi.
İştirakçıların mövzu ilə bağlı fikirləri və təklifləri dinlənildi.Onları maraqlandıran suallar cavablandırıldı. Təlimdə Ağdam,Ağcabədi və Tərtər rayonundan 22 nəfər iştirak etdi.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti