!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

R.Çunayev:”Ya kənddə qalmaq,ya da irəli getmək.”(Video)

!Reklam – Yazi

Resul-Çunayev-300x169Güləş üzrə Avropa çempionu, Birinci Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev “İdman Azərbaycan” telekanalında yayımlanan “Flaqman” proqramında idmana gəlişindən tutmuş kariyerada irəliləməsi və uğurlarından danışıb. Bununla belıə, o, vaxtilə ağır həyat, kasıb həyat yaşayıb.

“A24.az” xəbər verir ki, R.Çunayev qeyd edib ki, 15 yaşında seçim qarşısında qalıb: ya kənddə qalmaq, ya da irəli getmək.

İmkanlarının olmadığı vaxt ona Dağıstanda yaşayan dayısı kömək olub və hər ay 100 dollar göndərib: “Elə gün olurdu ki, bir yumurta ilə günümü keçirirdim. Yaxud sarımsağın göyünü çörəyin arasına qoyub yeyirdim. Bir dayanacaqdan digərinə ayaqla gedirdim ki, qənaət edim”.

Beləliklə, dayısının dəstəyilə ilə irəliləyən R.Çunayevin sonralar həyat üzünə gülüb və Respublika çempionu olub. Ona “Neftçi” klubu ayda 61 manat maaş və 100 manat mükafat verib: “Həmin vaxtdan başlayaraq irəli getdim və gəlib bu pilləyə çatdım. Bunun üçün dayıma həmişə borclu olacam. Mən nə etsəm də, dayımın borcundan çıxa bilmərəm”.

Dünya çempionu həmçinin cəmiyyətə səslənib ki, onun soyadı “Cunayev” yox, “Çunayev”dir: “Çox vaxt mənə “Cunayev” kimi müraciət edirlər. Amma tamaşaçılara, xalqıma müraciət edirəm ki, mənim soyadım “Çunayev”dir. Hər kəs istəyir ki, adı və soyadı düzgün işlədilsin. Mən də çox xahiş edirəm ki, mənim soyadımı düzgün qeyd eləsinlər”.

Xatırladaq ki, Rəsul Çunayev 7 yanvar 1991-ci ildə Balakən rayonunun Qabaqçöl kəndində anadan olub. 9 yaşında güləşə başlayıb. 2008-ci ilin iyununda Latviyada keçirilən yeniyetmələr arası Avropa Çempionatının qalibidir. 2008-ci il dekabr ayının 19-da Bakıda keçirilən Azərbaycan çempionatında qızıl medal qazanıb. O, Neftçi İdman Cəmiyyətinin üzvüdür. Hazırda Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının tərkibində məşq edir. İlk məşqçisi İsmayıl Çopsiyevdir

Rəsul Çunayev, şəxsi həyatında hər zaman rəqsə olan sevgisini nümayiş etdirib. Onun 2013-cü ildə Yay Universiadasında Rusiya güləşçisi İslambek Albiyevi məğlub edəndən sonra Qafqazın ənənəvi rəqsiləzginkanı tatamidə ifa etməsi ən diqqətəlayiq təntənəsi idi. O, həmçinin 2014-cü ildə Daşkənd şəhərində keçirilən Dünya çempionatında erməni güləşçisi Varşam Boranyanı məğlub edəndən sonra Qarabağda həlak olan insanların ailələrinə hörmət əlaməti olaraq hərbi salam verib. Rəsul Çunayev, 2015-ci ildə Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarında qalib olduqdan sonra onun final görüşünü izləyən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə hərbi salam verərək ali baş komandana olan hörmətini göstərmişdi.

https://www.youtube.com/watch?v=5iGFT7kLe1o

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv