yenicag.az

Beytulla Hüseynov-Bayram Vəliyev-Ramin Dünyamalıyev triosu dövləti necə talan edib?

Beytulla Hüseynov-Bayram Vəliyev-Ramin Dünyamalıyev triosu dövləti necə talan edib?

Müəllif: Baş Redaktor

Baş Redaktor

mtrEldar Mahmudovun “qoçu”su ilə bağlı şok faktlar
Baş Prokurorluqdan verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 95 milyon manat vəsait mənimsənilib və nazirliyin struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.
Belə ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər.
Beytulla Hüseynovun Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan arvadının adına şirkət qurulmasıdır. Əksəriyyət bunu B.Hüseynovun “qara gün”ü hesablamadığı üçün atdığını bildirir. MTN şefi ilə quda olması BTRİB-in keçmiş rəisinin başını gicələndirib. İstər Eldar Mahmudov, istərsə də Beytulla Hüseynovla bağlı cəmiyyətdə az-çox informasiya olsa da, onların milyonlarını etibar etdikləri şəxslər barədə məlumat çox azdır.
Redaksiyamızın elektron poçtuna daxil olan məlumat 2009-2015-ci illərdə dövlət büdcəsindən yeyilən 95 milyonunun böyük bir hissəsini “həzm rabedən keçirən” “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevlə bağlı gizli mətləblərə aydınlıq gətirir.
Belə ki, Beytulla Hüseynovun ailəsini belə əmanət etdiyi Bayram Vəliyev əslində “Troyka”nın görünən üzü olub. Bütün işə rəhbərlik Eldar Mahmudov və Beytulla Hüseynovun sadiq adamı, “Rabitə mafiyası”nın qoçu dəstələrinin rəhbərlərindən olan Ramin Dünyamalıyev adlı şəxsdə olub.
İkilini isə birləşdirən birinci Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsində işləyərkən ikincinin həmin vaxt Sədərək Gömrük Keçid Məntəqəsində çalışıb. Belə ki, “Laba” ləqəbli Mübariz Pənahov “vurulduqdan” sonra Bakıya gələn Bayram Vəliyev qohumu Beytulla Hüseynovun yardımı ilə BTRİB ilə podratçı müqavilə əsasında iş görməyə başlayıb.
Ancaq Ramin Dünyamalıyev Naxçıvandan polis sıralarından qovulmasından sonra Bakıya gələrək, Beytulla Hüseynov və Bayram Vəliyevlə yenidən birləşib.
R.Dünyamalıyevin Naxçıvandan qovulmasının da maraqlı tarixçəsi var. Belə ki, bir mübahisə zamanı Naxçıvan MR daxili işlər naziri Əhməd Əhmədovun qardaşını vəhşicəsinə döyən Ramin Dünyamalıyev nazirin qəbulunda da özünü polis mundirinə uyğun aparmayaraq, Ə.Əhmədova da qarşı kobudluq edib. Bundan sonra polis sıralarından uzaqlaşdırılan R.Dünyamalıyevə Beytulla Hüseynov arxa çıxıb. Onu qudası Eldar Mahmudovun əli ilə Milli Təhlükəsizlik Nazirliyinin Bilgəhdəki Sanatoriyasına Təhlükəsizlik İdarəsinə rəis təyin edib. Qeyd edək ki, B.Hüseynovun qardaşı Ramiz Hüseynov həmin sanatoriyanın direktorudur.
Rəsmi işi bu olsa da, əslində bütün xüsusi təyinatlı telefon xəttlərinin ölkəyə gətirilməsinə və çəkilməsinə Ramin Dünyamalıyev nəzarət edib.
Bundan başqa Eldar Mahmudovun dövründə MTN-ə rüşvətlə işə alınmalarda da bu şəxsin “xidmətləri” böyük olub. Belə ki, Bayram Vəliyevlə birlikdə həm MTN-ə, həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rüşvətlə daxil olan təcrübəsiz və naşı kadrların daxil olmasında ciddi rol oynayıblar. İddialara görə, R.Dünyamalıyev bu işdə ciddi “irəliləyiş” göstərdiyi üçün Mahmudovun diqqətini çəkib və bir çox məsələlərdə birbaşa eks-nazirin tapşırığı ilə hərəkət edib.
Qəddarlıqda Akif Çovdarovdan geri qalmayan Dünyamalıyevin sahibkarların soyulmasında da müstəsna xidmətləri olub.

Bundan başqa Beytulla Hüseynov və Bayram Vəliyevin mülklərinin əksəriyyətinin də R.Dünyamalıyevin qohumlarının adına olduğu vurğulanır.

Maraqlıdır ki, polis orqanlarından xaric edilən R.Dünyamalıyev MTN-də necə yüksəlibsə, indi də bənzər durum yaşanmaqdadır. Belə ki, həm MTN-dəki, həm də RYTN-dəki “mafiya” çökdürülsə də, daim iz qoymamaqla öyünən R.Dünyamalıyevə toxunan yoxdur. Bayram Vəliyevin qeyri-rəsmi bütün işlərinin birbaşa icraçısı olan, Eldar Mahmudovdan aldığı təlimatlarla bir sıra silsilə qeyri-qanuni əməliyyatlar keçirən Ramin Dümyamalıyevə “gözün üstə qaşın var” deyən yoxdur. Əksinə, onun bu əməllərindən xəbərdar olanları müəyyən yollarla zərərsizləşdirməkdədir.
İz qoymamaq məsələsinə gəlincə, həqiqətən də haqlıdır. Belə ki, bu şəxslə bağlı axtarış resurslarında və sosial şəbəkələrdə heç bir fotoya rast gəlmək mümkün deyil./7news.az

Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti