yenicag.az
yenicag.az

Rabitə nazirliyində ciddi yoxlama başladı

Rabitə nazirliyində ciddi yoxlama başladı

Müəllif: Redaktor

Editor

yoxlanssssMaliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluğun məktublarına və məhkəmə qərarlarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Məlumat Hesablama Mərkəzinin, “Aztelekom”, “Azintelekom” və “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyətlərin və onların tabeliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması, habelə onlarla maliyyə təsərrüfat əlaqəsində olmuş təşkilatlarla qarşılıqlı üzləşmələrin aparılması üzrə nəzarət tədbirlərinə başlayıb.

Bundan başqa nazirliyin Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Nəqliyyat Nazirliyinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirlərinə başlanılıb.

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti