yenicag.az
yenicag.az

Rabitə Nazirliyində daha kimlər həbs oluna bilər?

Rabitə Nazirliyində daha kimlər həbs oluna bilər?

Müəllif: Redaktor

Editor

1446114820_rtynSırada Qəmbər Bəybalayev, Vəli Mahmudov, Akif Əsgərov və bir neçə TKQ-nın rəisinin adları çəkilir

Məlum olduğu kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində MTN işi ilə əlaqədar həbslər başlayıb. JAM.AZ xəbər verir ki, hadisələrin ilkin mərhələsində BTRİB-in rəisi Beytulla Hüseynov saxlanıldı və haqqında 3 ay həbs qəti-imkan tədbiri seçildi.

Bir neçə gün əvvəl isə həbs olunanlar sırasına nazirliyi Aparat rəhbəri Vidadi Zeynalov da daxil edildi. Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil. Ardından növbəti həbs reallaşıb və bu gün nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov saxlanılıb.

JAM.AZ-a daxil olan məlumatlara görə, RTYN-də həbslər və işdən çıxarılmalar bununla yekunlaşmayacaq. Mənbənin iddiasına görə, yaxın günlərdə nazirliyin tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin direktoru Qəmbər Bəybalayev və Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov da ya işdən çıxarılacaq, ya da həbs olunacaqlar. Səbəb kimi Qəmbər Bəybalayevin oğlunun MTN-də məhz Mahmudovun sayəsində post tutması, Vəli Mahmudovun isə sabiq nazirin qohumu olması göstərilir.

İddia edilir ki, proses Aztelekom-un yerli şöbələrini də əhatə edə bilər. Çünki istər Vidadi Zeynalov, istərsə də digər həbs olunanlarla həmin yerli qovşaqların rəisləri arasında sıx əməkdaşlıq olub. Daha dəqiq ifadə olunarsa, bəzi TQK-nin rəislərini məhz onların adamları t.kil edir. JAM.AZ-a verilən məlumata görə, bu sırada Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovun, Şamaxı və Şəkinin TQK-nın rəislərinin adı çəkilir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

Yenicag.az

Gündəm, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti