Yazı İçi 468×60

377504Yevlax-Gəncə yolunda analoqu olmayan radar aşkarlanıb. Bu dəfə yol polisləri radarı elə yerdə gizlədiblər ki, dünyaca məhşur olan öncəgörən Vanqa da onu görə bilməzdi…

Yenicag.az xəbər verir ki, avtosfer.az saytının əməkdaşları sürücülərdən daxil olan məlumatlar əsasında qeyd olunan yolda müşahidələr aparıblar və işıq dirəyində gizlədilmiş radar üzə çıxıb. Çəkilmiş videodan aydın olur ki, beton dirək əslində yolu işıqlandırmaq üçün nəzərdə tutulmayıb. Bu dirək elektrik naqillərini ötürmək üçün nəzərdə tutulub. Lakin Yevlax-Gəncə yolunun Gəncə şəhəri istiqamətində gizli şəkildə həmin dirəyin başına dəmir «plafon» qoyulub. «Plafon»un içərisinə isə yüksək peşəkarlıqla radar qurğusu yerləşdirilib. Kənardan baxanda bunu sadəcə olaraq yolu işıqlandırmaq üçün nəzərdə tutulan işıq dirəyi zənn etmək olar. Amma yolun o hissəsində bu dirəkdən başqa işıq dirəyi yoxdur.

Bu qurğu elə yerdə yerləşdirilib ki, həmin yolu hər iki istiqamətdən çəkir. Yəni, Gəncəyə gedənlər də, gələnlər də bu radarın hədəfinə tuş gələ bilər.

Aparılan müşahidələrdən sonra məlum oldu ki, həmin yolda qanuni radarlar da mövcuddur. Sadəcə olaraq yolun hər iki istiqamətindəki qanuni radarların arasında təxminən 3 km məsafə boş qalır ki, sürücülər həmin məsafədə sürət həddini aşırlar. Yol polisi əməkdaşları də bu boşluğu doldurmaq və sürücüləri cəzalandınmaq üçün əraziyə bu cür «peşəkarlıqla» radar yerləşdiriblər. Amma məsələ burasındadır ki, bu radar qanunsuz radardır və Dövlət Yol Polisinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunmayıb. Bu radarın köməyi ilə aşkar olunan qayda pozuntularına görə ən pis halda sürücüləri yaxınlıqdakı DYP postlarında sürücüləri saxlayıb «radar düşmüsən, şirinliyini versən silərik» deməklə ciblərini doldururlar…

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."