!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Radikal Әlixan Musayev din alimlərimizi “erməni” adlandırdı

!Reklam – Yazi

12966370_10207905961479676_1732643431_nƏkrəm Həsənov: “Əlixan Musayev Azərbaycan xalqını, dövlətimizi dəstəkləyənlərə şər atıb, fitnə yayır”

Azərbaycanlı radikal dinçilərin lideri Əlixan Musayevlə din alimləri arasında qalmaqal böyüyür. Belə ki, bir müddət öncə Ә.Musayevin İŞİD-i dəstəkləməsi, öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın “din”i baxımdan vacib olmasına dair yayılan səs yazısına görə, aşağıdakı ilahiyyatçılar öz etirazlarını bildirib və bununla bağlı bəyanat yaymışdılar:

1.İlqar İsmayılzadə (ilahiyyat elmləri doktoru)
2.Əkrəm Həsənov (ilahiyyat üzrə fəlsəfə doktoru)
3.Samid Quliyev (ilahiyyat üzrə fəlsəfə doktorantı, məscid axundu)
4.Əli Rzazadə (ilahiyyatçı,yazar)
5.Atif İsmayılov (İlahiyyatçı)
6.İlkin Qayıbov (İlahiyyatçı, məscid imamı)

Ә.Musayev də həmin ilahiyyatçılardan biri, ilahiyyat üzrə fəlsəfə doktoru Әkrəm Həsənova göndərdi mesajda əsgərləriniz üçün dua edən, mənəvi dəstək olan bu din alimlərini “erməni” adlandırıb.
Maraqlıdır ki, iqtidarla müxalifətin belə eyni mövqedən çıxış etdiyi, millətin birliyə ehtiyacı olduğu bir zamanda Suriya üçün vay-şüvən salan bu şəxs qarşıdurmadan çəkinmir. Onu da qeyd edək ki, Suriyada baş verənləri cihad adlandıran Ә.Musayev Qarabağda müharibə başlayandan bəri “erməni” adlandırdığı vətənpərvərlərdən fərqli olaraq, susub, səsini çıxarmayıb.

Yenicag.az-a açıqlamasında Ə. Həsənov bəyanatı verməkdə məqsədlərinin nə olduğuna aydınlıq gətirdi: “Suriya məsələsilə bağlı bildiyiniz kimi Əlixan Musayevin fətvaları olub. O öz çevrəsindəki insanları Suriyada döyüşlərə təşviq edir, bəzi radikal fikirlər yayır. Dövlətimizi dəstəkləyənlər isə onu dəstəkləmir. Çünki onun çevrəsindəkilər ancaq radikal tipli insanlardır. Bu səbəbdən bir qrup ilahiyyatçı bəyanat yaydı və mən də onlara qoşuldum”.
Həmsöhbətimiz Ə. Musayevin onu erməni adlandıraraq təhqir etdiyini də təsdiqlədi: “Mənə bəyanatı dəstəkləyən ilahiyyatçılar əleyhinə tez-tez videomateriallar göndərilirdi. Öncə bunu kimin etdiyini bilmirdim. Sonra bildim ki, bu Əlixan Musayevin özü imiş. Ona bildirdim ki, hansısa ilahiyyatçı ilə problemi varsa, məsələni onun özü ilə həll etsin. Bildirdim ki, hazırda əsas diqqətimiz erməni müsəlman davasına qarışıb, vətənpərvərliyi tərənnüm edən mövzular yazırıq. Sən isə durub öz müsəlman qardaşlarının əleyhinə təbliğat aparırsan. Belə deyəndə o götürüb saytda gedən bəyanatımızın surətini göndərdi və dedi ki, ermənilərin şəkli buradadır. Hansı ki, oradakı şəkil dövlətimizi dəstəkləyən biz ilahiyyatçıların şəkli idi. Bizə yönəlik bu təhqirlə bağlı olaraq müvafiq qurumlardan həmin şəxs barəsində ciddi tədbir görməsini xahiş edirik. Bu şəxs Azərbaycan xalqını, dövlətimizi dəstəkləyənləri erməni hesab edir. Ona görə də onun barəsində ciddi tədbirlər görülməlidir. Bu insan getdikcə daha da radikallaşır. Bu insan tək məni yox, bütün ilahiyyatçıları, həmvətənlərimizi, Qarabağ uğrunda döyüşən insanlarımızı təhqir edib. Buna hüquqi qiymət verilməlidir”.

ELÇİN

www.yenicag.az

3594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv