!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rafael Ağayevdən növbəti qələbə

!Reklam – Yazi

Karate üzrə millimizin lideri, 11 dəfə Avropa, beşqat dünya çempionu Rafael Ağayev növbəti dəfə qələbə qazanıb. 

Yeniçağ.az xəbər verir ki, millimizin lideri Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (World Karate Federation) növbəti “Karate-1” Premyer Liqa turnirində 75 kq çəki dərəcəsində birinci olub.

Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, R.Ağayevdən başqa Ayxan Mamayev də qızıl medal qazanıb. Millimizin digər üzvləri Asiman Qurbanı və qadın karateçimiz İrina Zaretska isə bürünc medal görüşündə məğlub olub.

Yeniçağ.az

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv