!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rafiq Hüseynovda yenidən şiş tapıldı, təcili Türkiyəyə aparılır - SON DƏQİQƏ+ÖZƏL

!Reklam – Yazi

Xalq artisti, sevilən diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb. Xalq artisti təcili əməliyyat olunacaq.

Bu barədə Yenicag.az-a diktor özü açıqlama verib. Acı xəbəri bizimlə bölüşən Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacağını bildirib:

“Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.

Cəvahir Səlimqızı
Yenicag.az

www.yenicag.az

833
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv