Rallidə dəhşətli qəza: 6 nəfər öldü

Müəllif: Redaktor

Editor

108640_res_01İspaniyanın şimal-qərb əyalətində keçirilən Ralli yarışmasında sürətlə hərəkət edən avtomobilin izdihama çırpılması nəticəsində azı 6 nəfər həlak olub.
Qalisiya vilayətində keçirilən La Korunya rallisində baş vermiş bədbəxt hadisədən ölənlərdən biri hamilə qadın olub.Polisin verdiyi məlumata görə, avtopilot idman maşının həddindən çox sürətlə idarə etdiyi üçün sükana nəzarəti itirib və maşını tamaşaçıların üzərinə sürüb.
Ölənlərlə yanaşı 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bəziləri xəstəxanada ağır vəziyyətdədir.

İspaniyanın baş naziri Mariano Raxoy tvitter hesabında bəxbəxt hadisə ilə əlaqədar ölənlərin yaxınlarına və dostlarına başsağlığı verib. Tükürpədici qəzadan sonra 140 nəfərin iştirak etdiyi rallinin təxirə salındığı bildirilir. İnsidentlə bağlı araşdırma aparılır.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir