Ramazanda edilən 9 XƏTA

Müəllif: Redaktor

Editor

iftar1465452426Türkiyədə qidalanma və pəhriz üzrə mütəxəssis Dr.Dyt. Tuba Kayan Tapan Ramazanda ən çox edilən 9 yalnışa diqqət çəkdi.

Siyahını təqdim edirik:

Mütləq sahura durun…

Ən vacib xəta, insanların sahura qalxmamasıdır. Sahura qalxmayan insanlar gün ərzində almaları lazım olan enerjidən daha azına sahib olurlar. Bununla yanaşı, onlarda qəbul etmələri lazım olan vitamin, mineral, karbohidrat, protein və yağ əskikliyi yaranır. Daha sonra qan şəkərinin düşməsi, hipotansiyon, halsızlıq və yuxululuq kimi hallar müşahidə olunur. Bu cür insanlar Ramazandan sonra çəkilərini itirərək arıqlayırlar.

İtirdikləri çəki isə yağsız kütlədir, yəni əzələ və su itkisi… Yağsız kütlədən olan çəki itkisi qısa zaman ərzində daha çox miqdarda çəkinin alınmasına səbəb olur. Halbuki edilən sahur yeməyi ilə birlikdə qida kütləsi artdığı üçün maddələr mübadiləsi daha sürətlə çalışacaq və çəki artımı olmayacaqdır. Xüsusilə də balanslı olaraq qəbul edilən sahur, axşam yeməyi ilə birlikdə bədəndəki yağlardan çəki itkisini təmin edə bilər.

Suyun içilməsinə diqqət edin…

İftardan sahura qədər qida qəbul edildiyi müddət ərzində su qəbulu olduqca əhəmiyyətlidir. Çünki yay aylarında havanın isti olması ilə birlikdə bədənin tərləmə səviyyəsi artdığı üçün vücudda su və mineral itkisi yaranır. İtirilən mineral və suyun geri qaytarılması bədənin tarazlığı üçün vacibdir. Ona görə də bu müddət ərzində az su içmək edilən digər böyük xətalardan biridir.

Su və maye tərkibli içkilər bir-biri ilə qarışdırılmamalıdır. İçilən çay, qəhvə və kompot sadəcə mayedir, amma suyun yerini tuta bilməz. Bu səbəblə insanlar su içərkən qəbul etdikləri mayeləri çıxmaq şərti ilə suyun miqdarını hesablanamlıdırlar. Belə ki, insanların içdiyi suyun miqdarı hər kiloqrama görə dəyişir. 50 kq olan bir qadının 1,5 litr su içməsi yetərli olduğu halda, 80 kq-lıq kişinin 2,5 litr su içməsi lazımdır.

Həddindən artıq duz və yağdan uzaq durun!

Sahurda edilən yalnışlardan biri də çox duzlu və yağlı qidalanmaqdır. Həddən artıq duz bədəndə suyu tutduğu üçün sidik ifrazına səbəb olacaqdır. Eyni zamanda susama hissini də artıracaqdır. Bu isə gün boyu oruc tutan insanlara çətin anlar yaşada bilər. Bundan başqa təzyiqi yüksək olan insanların duz qəbuluna diqqət etmələri lazımdır.
Yağlı qidalar da susama hissini artırdığı kimi, kök insanların daha çox kilo almasına səbəb olacaqdır. Bundan başqa yağlı qidalar ürək-damar sağlamlığına təsir etdiyi üçün sahurda yeyib yatdıqdan sonra həzmsizlik şikayətlərini artırır. Qan yağlarını da yüksəldə bildiyi kimi, ürəkdə narahatlılığa da səbəb ola bilər.

Sahurda və iftarda yüksək karbohidratlı qidalardan uzaq durun!

Xüsusilə, un, şəkər kimi sadə karbohidrat tərkibli qidalar hipoqlikemiya və hiperqlikemiya risklərini artırır. Bu isə insanlarda insulinin müqavimətini artıraraq qarın bölgəsinin piylənməsinə səbəb olacaqdır. Sadə karbohidratlı qidaların sellülozası aşağı olduğu üçün bağırsaqlarda hərəkətliliyi yavaşladır. Bu isə insanlarda qəbizliyi artırmaqdadır.
Bu səbəblə sahur və iftar zamanı bulku, simit, qat-qat xəmir yeməkləri kimi qidaları menyunuzdan çıxararaq onların yerinə tərkibində sellüloza olan meyvə tərkibli peçenyelər seçmək lazımdır.

Qazlı içkilərə YOX!

Sahur və iftarda edilən digər bir xəta da içkilərdir. Meyvə suyu və qazlı içkilər içmək tərkibindəki şəkərin nisbətindən dolayı qan təzyiqinə təsir edir. Bütün bunların yerinə ilk seçiminiz su olmalıdır. İkinci seçim olaraq da sahurda süd, iftarda ayran içə bilərsiniz.

Sahurda qəbul edilən karbohidratlı qidalar daha tez həzm olunduğu üçün gün boyu aclıq hissini artıracaqdır. Bu səbəbdən sahurda toxluq hissi yaradan yüksək zülallı qidalarla bəslənmək lazımdır. Xüsusən də çox duzlu olmayan pendir və yumurta protein və yağlı tərkibinə görə mədədə çox qalır və toxluq hissini artırır. Bütün bunların yanında yeyilən taxıl çörəyi həm bağırsaqların hərəkətliliyini artıracaq, həm də mədədə həcm yaradaraq insanı tox tutacaqdır.

İftarda 1 kasa şorba içib 15 dəqiqə gözləyin…

İftarda edilən daha bir səhv uzun aclıqdan sonra bütün qidaları sürətli şəkildə yeməkdir. Buna səbəb, gün boyu ac qaldıqdan sonra düşən qan şəkəridir. Bu vəziyyətdən çıxmaq üçün 1 kasa şorba içdikdən sonra 15 dəqiqə gözləmək lazımdır. Ana yeməkdə isə çox yağlı və ağır yeməklər əvəzinə, yüngül və qaynadılmış yeməklər yeyilməlidir. Əks halda yüksək qan şəkəri, yüksək təzyiq və ürəkdə narahatlıqlar arta bilər.

Mədə ağrınız var? Cavabı burada…
İftarda tez-tez və çoxlu miqdarda yemək yemək mədə xəstəliklərini artırır. Hələ mədəsində ağrı olanlar üçün bu, daha təhlükəlidir. Qastrit kimi mədə ağrıları olan insanların oruclarını açarkən turş olmayan yeməklərlə qidalanmaları lazımdır. Ən gözəl başlanğıc kiçik bir kasada kompot və ya az yağlı şorba içməkdir. Mədəsində həssaslıq olan insanların çox isti və çox soyuq qidalanmamaları lazımdır. Həmçinin qazlı içkilərdən də uzaq durulmalıdır. Mədəsində problem olan insanlar istiotlu və ədviyyatlı qidalar yeməməlidir. Bundan başqa meyvə turşusu mədənizi narahat edə biləcəyindən çiy meyvə yerinə kompot içilə bilər. Yeməkdən dərhal sonra çox miqdarda çay və qəhvə içmək mədəni göynətdiyi üçün ağrı hissini artıra bilər.

Şərbətli şirniyyatlardan bir müddət uzaq durun…

Yemək istədiyiniz şirniyyatın şərbətli olması yenə edilən xətalardan biridir. Yeməkdən 1 saat sonra meyvə və qoz-fındıq yemək ən uyğun seçimdir. Çünki bu qidalarda sellüloza çoxdur, həm də qan şəkərini tənzimləyir. Yox, əgər orucunuzu açdıqdan sonra ürəyiniz şirniyyat istəyirsə, güllaç, dondurma və ya sütlaç yeyə bilərsiniz. Bu şirniyyatlar süd tərkibli olduğu üçün onlardakı kalsium və protein qan şəkərinə təsirsiz ötüşəcək.

Süd və süd məhsulları yeyin…

İftar və sahurda süd və süd məhsulları qəbul etmək həm proteini yüksək olduğu üçün tox tutacaqdır, həm də tərkibində kalsiumun çox olması qarın bölgəsində yağların artmasının qarşısını alacaqdır.
Ramazan ayında oruc tutan insanların süd və süd məhsullarını gündə ən azı 2 stəkan qəbul etməsi çox vacibdir.(din.az)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır