!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramil Usubov Bərdədə vətəndaşları qəbul edib

!Reklam – Yazi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bərdə Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən Yenicag.Az-a verilən məlumata görə, iki gün davam edən qəbulda Bərdə daxil olmaqla, bölgənin 12 şəhər və rayonundan müraciət edən 81 nəfər iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

Yenicag.Az

www.yenicag.az

904
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv