!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramil Usubov Ukraynanın baş prokuroru ilə görüşüb

!Reklam – Yazi

Bu gün daxili işlər naziri Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Ukrayna baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R. Usubov Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişaf etdiyini, cinayətkarlığa, xüsusən mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə qarşı hər iki dövlətin güc strukturlarının səmərəli əməkdaşlıq etdiyini bildirib.

R. Usubov bu işdəki roluna, eyni zamanda, Ukrayna ərazisində azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərin istintaqını şəxsən nəzarətə götürdüyünə görə baş prokuror Y. Lutsenkoya təşəkkürünü bildirib. Daha sonra daxili işlər naziri bu gün ölkəmizin cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropada öncül yerlərdən birini tutduğunu nəzərə çatdırıb.

Ukrayna baş prokuroru Y. Lutsenko iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. Görüşdə Ukraynanın səfiri Aleksandr Mişenko iştirak edib.

Yeniçağ.az

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv