!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ramin Musayev: "Vəli Qasımovun özü oyunları satıb" - Qarşıdurma

!Reklam – Yazi

“Neftçi”nin keçmiş baş məşqçisi, tanınmış futbol mütəxəssisi Vəli Qasımov yenə sükutu pozub. O, Azərbaycan futbolundakı oyun alqı-satqısından danışıb. Hətta keçmiş klubunda onunla çox pis rəftar edilməsindən, klubun ona borclu olmasından söz açıb:

“Azərbaycan futbolu məhvə doğru gedir. Təəssüflər olsun ki, inkişafdan qalmışıq. Premyer-liqada cəmi 100-dən artıq futbolçu var. Oyunların yalnız alınıb-satıldığı I divizionu isə heç hesaba almıram”.

Təbii ki, V. Qasımovun bu fikirləri Ramin Musayevin rəhbərlik etdiyi quruma – Peşəkar Futbol Liqasına (PFL) toxunub.

Buna görə də PFL-in rəhbəri Ramin Musayevin Vəli Qasımovun dedikləri ilə bağlı fikirlərini öyrənməli olduq. Yeniçağ.az-a danışan qurum rəhbəri V.Qasımovun gənclərə qara yaxdığını bildirdi:

“Çempionatın, ölkə futbolunun səviyyəsinin aşağı olduğunu, məhvə doğru getdiyini kimsə deyirsə, həmin insanlara bəzi xatırlatmalar etmək lazımdır. Bu gün Premyer Liqada iştirak edən klublarımızdan üçü Avroliqanın qrup mərhələsində iştirak edir. “Qəbələ” ard-arda 2 il Avroliqada dörd mərhələ adlayıb. Hətta qrup mərhələsinə vəsiqə qazanmaqla rekorda imza atıb. Hətta deyərdim ki, futbolçular, klub rəhbərləri, məşqçilər öz sözlərini deyib. Bununla da Azərbaycan futbolunun səviyyəsini göstərib.

Kimsə I divizionda oyun alqı-satqısının olduğunu əminliklə söyləyirsə, yəqin özləri həmin işlə məşğul olub və olur. İndiyə qədər bu haqda çox danışılıb, amma orta ciddi fakt yoxdur. Bir nəfər çıxıb, mənə sübut eləsin ki, hansısa oyunda alqı-satqı olub. Onun kimi insanlar futbolu hörmətdən salmaq istəyirlər. Uğur əldə edə bilməyənlər bu gün ağızlarına gələni danışırlar. Normal insan əlində fakt olmadan bu sözü deməməlidir, ixtiyarı yoxdur. Unutmayaq ki, I divizionda oynayan futbolçuların 98 faizi azərbaycanlı uşaqlardır. Belə ucuz iddia ilə çıxış etmək həmin futbolçuları hörmətdən salmaqdır. Vəli Qasımovun özü də futbolçu olub, bu gün onun gənclərə qara yaxması düzgün hərəkət deyil”.

 

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv