!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Mehdiyev: “Azərbaycan hakimiyyəti xalqa arxalanır”

!Reklam – Yazi

pa rehberi azvision.az“Dövlətin güclü rolu olmadan Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi layihələrin reallaşdırılmasından danışmaq mümkün deyil. Hakimiyyət öz xalqının unikal ənənələrinə arxalanır.”

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyaların əksi kimi” adlı məqaləsində qeyd olunub.

PA rəhbəri məqaləsindən vurğulayıb ki, güclü dövlət gələcək nəsillər və “insan kapital”ına yatırım olmadan uğur əldə edə bilməz. Azərbaycanda güclü dövlətin uğurları təhsilə, səhiyyəyə, idman və digər sosial proqramlara ağıllı investisiyaların yatırılması ilə bağlıdır.

R.Mehdiyev sözügedən məqalədə Azərbaycanda güclü dövlətin əsas əlamətlərini diqqətə çatdırıb:

– Tam suverenliyə malikdir, öz xarici və daxili siyasətində digər dövlətlər və beynəlxalq təşkilatlardan asılı deyil;

– Yeni texnologiyalar əsasında istehsalat sahəsi və milli iqtisadiyyatı inkişaf etdirir;

– Tolerantlıq və multikulturalizm kimi birləşdirici elementlərə malikdir,

-Azərbaycanın bütün etnosları arasında dövlətçilik ideologiyası olan “Azərbaycançılıq” ideyası mövcuddur,

– Milli mədəniyyət, elm, təhsil, idman və praktiki tibbi inkişaf etdirir;

– Təqaüdçülər və aztəminatlı vətəndaşların qayğısına qalır;

– Qanuna uyğun olaraq ictimai asayişi təmin edir;

– Ölkənin ərazi bütövlüyünün bərpasına ehtiyacla əlaqədar olaraq Silahlı Qüvvələri gücləndirir;

– Öz müstəqil fəaliyyəti ilə milli və dövlət maraqlarına əsaslanan qeyri-hökumət strukturlarını dəstəkləyir;

– Qanunvericiliyə uyğun olaraq xüsusilə digər dövlətlər və ya beynəlxalq təşkilatlar və s. tərəfindən maliyyələşən radikal qrupların fəaliyyətinin qarşısını alır.

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv