Ramiz Mehdiyev: “Ermənistan rəhbərliyi özünü gülünc vəziyyətə qoyub”

Ramiz Mehdiyev: “Ermənistan rəhbərliyi özünü gülünc vəziyyətə qoyub”

Müəllif: Redaktor

Baş Redaktor

Ramiz_Mehdiyev_071212Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlı məqaləsi dərc olunub.

Məqalədə bir sıra önəmli məqamlara toxunulub:

-2016-cı il iyunun 3-4-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Mühüm ictimai-siyasi hadisə olan forum həmvətənlərimiz, bütün Azərbaycan xalqı üçün əlamətdar tədbirə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev qurultayı açaraq proqram nitqi ilə çıxış edib. Prezident qurultayı əlamətdar hadisə kimi qiymətləndirərək xüsusi vurğulayıb ki, o, dünya azərbaycanlılarının birləşməsində, onların beynəlxalq geosiyasətin inkişafı istiqamətində fəallaşmasında mühüm rol oynayır. Dövlət başçısı hədəfləri müəyyən edib və qarşıya həlli diaspor təşkilatlarının fəaliyyətini xeyli genişləndirəcək və yaşadıqları ölkədə onların sosial statusunu gücləndirəcək konkret vəzifələr qoyub.

Gündəm, Manşet

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti