Ads by Google

hightechnic
Ads by Google

????????????????????????????????????

Azərbaycan Tacikistandakı səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki “İrfon” nəşriyyatında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində nəşr etdirilib.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, 272 səhifəlik kitabda Dağlıq Qarabağın tarixi, habelə Dağlıq Qarabağ münaqişəsinin başlanmasının səbəbləri ilə bağlı elmi-sənədli faktlar yer alıb.

Tacikistan ictimaiyyəti üçün Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının yalan və uydurmalar üzərində qurulduğu barədə ətraflı məlumat verilir.

Kitab Tacikistan elmi ictimaiyyəti və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Kitabın redaktoru Tacikistan himninin sözlərinin müəllifi, xalq şairi Gulnazar Geldi, tərcüməçilər isə Tacikistan alimləri Olim Xocamurod və Bahriddin Cuyodur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."