yenicag.az
yenicag.az

Ramiz Mehdiyevin Ramzan Kadırovla görüşündən maraqlı detaylar…

Ramiz Mehdiyevin Ramzan Kadırovla görüşündən maraqlı detaylar…

Müəllif: Baş Redaktor

Baş Redaktor

1_d022ac472eaa10f8Çeçenistanda keçirilən beynəlxalq təhlükəsizlik toplantısında iştirak edən Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu respublikanın rəhbəri Ramzan Kadırovla görüşüb.

Məlumatı Çeçenistan hökumətinin mətbuat xidməti yayıb.

Görüş zamanı R.Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Ramzan Kadırova çatdırıb, ona hədiyyə təqdim edib. Söhbət zamanı R.Mehdiyev deyib ki, Kadırov respublikaya başçılıq etdiyi 9 il ərzində çeçen xalqı üçün çox iş görüb. “Dağıdılmış Qroznı indi gözəl şəhərə çevrilib, Rusiyanın ən yaxşı şəhərlərindən biri olub”-Mehdiyev deyib.

Ramiz Mehdiyev onu da bildirib ki, Çeçenistan rəhbəri çeçen xalqının əsl oğludur, atasına, Çeçenistanın ilk prezidenti Əhməd Kadırova layiq oğuldur. “Siz çeçen xalqının əsl oğlusunuz. Çeçen xalqına xoşbəxt həyat nəsib etmişiniz, problemləri və çətinlikləri aradan qaldırmışınız. Biz yaxın keçmişdə burada baş verənləri yaxşı xatırlayırıq. Siz təkcə çeçen xalqına layiq oğul deyilsiniz, eyni zamanda atanıza layiq oğulsunuz və onun xəyallarını həyata keçirirsiniz. Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır”-R.Mehdiyev deyib.

155565_srcKadırov isə xoş sözlərə görə Mehdiyevə təşəkkür edərək deyib ki, Azərbaycan müharibə zamanı çeçen xalqına çox kömək edib. “Yaxşı yadımızdadır ki, o vaxt bütün çeçenləri quldur, terrorçu hesab edirdilər, heç kim bizimlə ünsiyyət qurmaq istəmirdi, qaçqınları qəbul edən yox idi. Mən Əhməd-Hacının (atası Əhməd Kadırovu nəzərdə tutur) Heydər Əliyevlə görüşündə iştirak edirdim. O, çeçen xalqına çox yaxşı münasibət göstərdi, kömək etdi. Biz bunu heç vaxt yaddan çıxarmarıq”-Ramzan Kadırov deyib.

Çeçenistan rəhbəri söhbət zamanı Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsinin vacibliyini qeyd edib. “Mən əminəm ki, biz bir olmalıyıq, xalqlarımızı və ölkələrimizi birlikdə qorumalıyıq ki, düşmən bizimlə oyun oynamağa heç cəsarət belə etməsin”-o bildirib.

* * *

16:36

Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində təhlükəsizlik məsələlərini kurasiya edən dünya dövlətlərinin nümayəndələrinin VII beynəlxalq görüşü keçirilir. Foruma dünyanın 70-dən çox ölkəsinin təmsilçiləri gəlib. Çeçenistan aşçısının və hökumətinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, tədbir iştirakçıları arasında Təhlükəsizlik şuralarının katibləri, nazirlər, prezident köməkçiləri və milli təhlükəsizlik üzrə nazirlər, xüsusi xidmət orqanlarının rəhbərləri var.

Azərbaycanı konfransda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil edirlər.

Rusiya Təhlükəsizlik Şurasının nümayəndə heyətinə katib Nikolay Patruşev başçılıq edir.

İki gün ərzində forum iştirakçıları ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması, miqrasiya prosesləri, beynəlxalq informasiya təhlükəsizliyi sisteminin yaradılması məsələlərini müzakirə edəcəklər.

Təhlükəsizlik şuralarının nümayəndələrinin görüşləri çərçivəsində Nikolay Patruşev Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə də görüş keçirib.

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həm də Azərbaycan Təhlükəsizlik Şurasının katibidir. /virtualaz.org

Gündəm, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti