!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramzan Kadırovun adı “qara siyahı”ya salındı

!Reklam – Yazi

Litvanın Miqrasiya Departamenti “Maqnitski siyahısı”nı dərc edib.

Yenicag.az xəbər verir ki, siyahıda Çeçenistan prezidenti Ramzan Kadırov da daxil olmaqla, 49 Rusiya vətəndaşının adı yer alıb. Bu şəxslərin Litvaya girişi qadağan edilib. Məlumata görə, siyahı 2017-ci ildə ABŞ-ın tərtib etdiyi “Maqnitski siyahısı”na anoloji olaraq hazırlanıb.

Qanuna əsasən, qadağa adı korrupsiya, çirkli pulların yuyulması, həmçinin insan hüquqlarının pozulmasında hallanan xarici vətəndaşlara şamil edilir. Qanun 1 yanvar 2018-cil il tarixindən qüvvəyə minib.

Qeyd edək ki, Ramzan Kadırovdan başqa, siyahıya Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, hakimlər Yelena Staşina, Aleksey Krivoruçko, Svetlana Uxnalyeva və Sergey Podopriqorovun da adları daxil edilib.

www.yenicag.az

2906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv