!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rasim Balayev: “Qadınların sevgi məktublarına cavab verməmişəm”

!Reklam – Yazi

Müsahibədən əvvəl şərtimiz oldu, başlığı onunla məsləhətləşməliydim. Söhbətin sonunda variantı söylədim, etiraz etmədi.

Xalq artisti, tanınmış aktyor Rasim Balayevi deyirəm. Sevilən sənətkarın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Rasim müəllim, səhhətiniz necədir?

– Şükür, yaxşıyam.

– Bəs nə zaman tamaşaçılarınızı xoş xəbərlə sevindirəcəksiniz?

– Film var ki, çəkilim, tamaşaçılarımı da sevindirim? Çəkilənlərin də hamısı “hi-hi”.

– Sənətkarlarımız da o filmlərə, seriallara çəkilir axı…

– Sən Allah, sənətkar sözünü ucuzlaşdırmayın. Gününə 50 manat verib, bəzilərini filmlərə çəkirlər. Məni də o qədər filmə dəvət edirlər ki, amma razılaşmıram.

– Yəni deyirsiniz, qonorarın azlığına görə, filmlərdən imtina edirsiniz?

– Həm qonorar azdır, həm də ortada keyfiyyətli iş yoxdur. Vaxtilə havayı da filmə çəkilmişəm. Söhbət yalnız puldan getmir. Gözəl bir sənət əsəri olar, havayı çəkilərəm. Amma yoxdur axı. Kino çəkmək üçün sərmayə qoymaq lazımdır ki, pul qoyub, pul götürəsən. İndikilər bir məkanı icarəyə götürür, bir ayın çəkilişini, bir günə edir. Basməmmədi film çəkmək olar? Olmaz axı belə. Ordan-burdan gələn reklam hesabına film çəkmək mümkün deyil. İndi bir dəvət almışam, qalmışam belə ki, çəkilim, yoxsa yox.

– Razılıq verin, tamaşaçılarınız da sizin üçün qəribsəyib axı?

– Evdə oturmaqdan özüm də bezmişəm. Filmlərə çəkilsəm, sağlamlığım da bərpa olunar. Dəvətləri qəbul etməməyimin səbəbi var. Öz-özümə deyirəm ki, birdən razılıq verərəm, sonra o roluma görə xəcalət çəkərəm, özümü söyərəm. Mən çox tələbkar adamam.

– Heç indiyə qədər özünüzü söydüyünüz vaxtlar olubmu?

– O qədər… Ailədə, məişətdə, dostlar arasında hansısa bir hərəkəti etmişəm, emosiyaya qapılıb, nəsə demişəm, sonra özümü söyüb, danlamışam ki, gərək özümü ələ alaydım. Çox danlayıram özümü ki, filan məqamda gərək o sözü deməyəydim. Adam var heç vecinə də deyil e. Ona görə də çox sağlamdır. Mən hər şeyi ürəyimə salan adam olmuşam.

– Bu xasiyyətinizə görə, heç özünüzü danlayırsınız?

– Yox. Mən illərdir ki, bu xasiyyətlə yaşamışam, öz prinsiplərim olub.

– Rasim müəllim, bu gün hansı həmkarlarınızla tərəf-müqabili olmaq istərdiniz?

– Kim var ki? Fuad Poladovdur, o da səhhətində problemlər yaşayır, Allah ona kömək olsun. Fuad böyük aktyordur.

– Bəs qalanları?

– Fəxrəddin Manafovla çəkilmək istərdim.

– Bəs aktrisalardan?

– Birinin adını çəksəm, o birisi inciyər.

– Arzuladığınız bir obraz varmı?

– Yox, təki səviyyəli ssenari olsun. Mən heç vaxt rolun mənfi və müsbətinə də fərq qoymamışam.

– Bir əclaf obrazını yaratmaq istərdinizmi?

– Fərqi yoxdur. Əslində bu, yaxşıdır. Tamaşaçı əclafa baxıb, özü üçün müsbət nəticə çıxaracaq. Amma xahiş edirəm, başlığa çıxartmayın ki, Rasim Balayev filmdə əclaf olmaq istəyir.

– Narahat olmayın, başlığı sizinlə razılaşıb, qoyarıq. Rasim müəllim, həmişə sevənləriniz çox olub. Son vaxtlar tamaşaçılarınız tərəfindən heyrətləndiyiniz hansı sözü eşitmisiz?

– Getdiyim yerlərdə, məclislərdə, küçədə həmişə xoş sözlər eşitmişəm. Amma heyrətlənmirəm, çünki zamanında kifayət qədər lazımdırsa təəccüblənmişəm.

– Bildiyimə görə xanımlar sizə sonsuz sevgi məktubları yazıblar…

– Mən heç vaxt qadınların sevgi məktublarına cavab verməmişəm.

– Nə əcəb?

– Çünki ailəli olduğum üçün belə məsələlərdə diqqətli olmuşam. Cavan qızlar yazıblar, sevgi etirafları ediblər. Sözün düzü, mənim heç o qadınlara ayıracaq zamanım da olmayıb. Bütün günü çəkilişlərdə idim.

– Yəni zamanınız olsaydı, vaxt ayırardınız?

– Yox, çünki ailəliydim.

Cəvahir

www.yenicag.az

3474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv