www.sinerjipro.net

SinerjiProWide
Reklam

38469Jurnalist Rasim Əliyevin ölümündə məsuliyyətsizlikdə ittiham olunan həkim Saday Əliyevin məsələ ilə bağlı açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Aznews.az xəbər verir ki, S.Əliyev açıqlamasında Rasimin xəstəxanaya daxil olarkən laborator, rentgen, ultrasəs və travmatoloji müayinələrdən keçdiyini, yoxlamalar zamanı yalnız iki qabırğa sınığına rast gəldiklərini bildirib.

Həkimin “adətən müayinə zamanı bir şey aşkar olunmadıqda, xəstəni nəzarətdə saxlayırıq ki, əvvəl etdiyimiz müayinələri yenidən təkrar edək” cümləsindən belə məlum olur ki, müayinə zamanı xəstədə təcili əməliyyatlıq heç bir şey aşkar olunmayıb və Rasim Əliyevi xəstəxanada sadəcə nəzarət üçün saxlayıblar.

Həkimin açıqlamasının digər hissəsində isə aydın olur ki, Rasimin vəziyyəti pisləşdikdən sonra əməliyyata qaldırılıb, yalnız əməliyyat zamanı onun dalağının dağılması müşahidə olunub. Bundan əlavə həkimlər Rasimin mədəaltı vəzinin quyruğunun partladığını və qarnında litr yarımdan çox qan olduğunu görüblər.

Saday Əliyev bildirir ki, əməliyyat zamanı xəstədə nəfəs çatışmazlığı problemi də ortaya çıxıb. Bu açıqlamalarından sonra həkim əlavə edir ki, jurnalistin ölümündə heç bir həkim səhlənkarlığından söhbət gedə bilməz.

Bu zaman ortaya sual çıxır: əgər Rasim bütün müayinələrdən keçib və daxilində ölüm təhlükəsi daşıyan Rasimdə heç bir şey aşkarlanmayıbsa, bu kimin məsuliyyətsizliyidir?

Yox, əgər həkimlər məsuliyyətli davranıb müayinəni dərindən etmişdilərsə, bəs əməliyyat zamanı ortaya çıxan problemləri niyə əvvəlcədən görməmişdilər?

Burada iki məsələ ortaya çıxır:

1. Ya müayinəni edən həkimlər məsuliyyətsizlik edib, işlərini dərindən görməyiblər;

2. Ya da bütün bunlardan xəbərdar olan Saday Əliyev xəstəyə müdaxiləni gecikdirib və xəstəyə vaxtında olunmayan müdaxilə onun həyatı bahasına başa gəlib.

Bəs Rasimin ölümünə səbəb olan həkimlərə hansı cəza verilə bilər?

Hüquqşünas Adəm Məmmədov aznews.az-a açıqlamasında xəstənin ölümünə səbəb olan həkimin 3 ilədək həbs edilə biləcəyini deyir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 142-ci maddəsində “Xəstəyə kömək göstərməmə” maddəsi var ki, həkimin əməli sübuta yetirilərsə, o bu maddəylə cinayət məsuliyyətinə cəlb edilə bilər: “Bu maddə sırf həkimin peşə fəaliyyətinə aiddir. Əgər jurnalistin ölümündə Saday Əliyevin günahar olduğu sübuta yetirilərsə, onun xəstəyə etinasız yanaşdığı aşkar olunarsa, o, 3 il həbsdən əlavə, həkimlik fəaliyyətindən də məhrum ediləcək. Lakin bu barədə qərar ancaq ekspertizanın rəyindən sonra verilə bilər”.

A.Məmmədov bu kimi hallarda həkimin əməlinin sübuta yetirlməsinin mümkünsüz olduğunu deyib. O, ekspertiza rəyini verən qurumun Səhiyyə Nazirliyinə (SN)tabe olduğunu, buna görə də həmkarları barədə obyektib rəy vermədiklərini nəzərə çatdırıb: “Həkimlərlə bağlı belə məsələ ortaya çıxanda istintaq, təhqiqat və məhkəmə orqanları tərəfindən ekspertiza təyin edilir. Ekspert rəyini də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi verir ki, bu qurum da Səhiyyə Nazirliyinin tərkibindədir. Onlar da SN-nin nəzdində olduğundan həkimlər barədə həqiqəti əks etdirməyən rəylər verirlər.

Bu hallarda həkimlərin günahkar olmasını sübut etmək mümkün olmur. Çünki burada hər şey ekspertiza rəyindən asılıdır.

Ekspertiza rəyi həkimin əməlini sübut etməzsə, heç kim deyə bilməz ki, həkim məsuliyyətsizlik edib”.

Qeyd edək ki, avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."