img1512655Bu günlərdə Azərbaycan jurnalistikasının başı Milli Mətbuat Gününə qarışdığı bir ərəfədə ölkənin görkəmli jurnalistlərindən biri Rauf Arifoğlu da 50 illik yubileyini qeyd edir.

O, 23 iyul 1966-cı ildə Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub.

1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub. Müxtəlif vaxtlarda Müsavat Partiyası başqanının müavini olub.

Bu günə qədər “Yeni Müsavat”ın baş redaktorudur.

Jurnalistin yubiley mərasimi təntənəli şəkildə keçiriləcək və media cameəsi tədbirdə iştirak edəcək.

Yenicag.az kollektivi də böyük jurnalisti təbrik edir, ona yaradıcılıq uğurları arzulayır.

Onun media fəaliyyəti ilə bağlı film hazırlanıb və həmin filmin anonsunu təqdim edirik:

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 108
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."