www.sinerjipro.net

SinerjiProWide
Reklam

89674Tanınmış vəkil: “Bu addım onsuz da can üstündə olan kənd təsərrüfatının, ondan ailəsini dolandıran kəndlinin məhvi deməkdir”

Tanınmış vəkil Aslan İsmayılov öz Facebook səhifəsində rayon maşınlarının paytaxta buraxılmamasının başqa və ciddi problemə yol açacağını bildirib.

Yenicag.az həmin statusu təqdim edir: “Küçələrdə tıxac yaradan, rayondan Bakıya zülmlə ərsəyə gətirdiyi meyvə, tərəvəz məhsullarını satmağa gətirən kəndçilər yox, məhz bu məmur – avtomobil kolleksionerləridir. Biz isə həmin kəndçilərə, bizi qida məhsulları ilə təmin edən, halal zəhməti ilə dolananlara təşəkkür etmək əvəzinə, onları heç Bakıya da buraxmırıq.

Yeri gəlmişkən, rayon maşınlarının Bakıya girişinin qadağan olunmasının qanunsuz, Vətəndaşlarımıza qarşı həqarət olmasından başqa tərəfi də var. Bir balaca ağlı olan iqtisadçı üçün aydındır ki, bu addım onsuz da can üstündə olan kənd təsərrüfatının, ondan ailəsini dolandıran kəndlinin məhvi deməkdir. Bu biabırçılıq bir az da davam etsə özündə ölkənin 95 faiz iqtisadiyyatını, 50 faiz əhalisini cəmləşdirən Bakıda onsuz da od qiymətinə olan kənd təsərrüfatı mallarının qiymətinin yenidən qalxması labüddür”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 80
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."