yenicag.az
yenicag.az

Razi Nurullayevdən müxalifətdə olmadığının etirafı – “Hələ digər tərəfdə, AXCP-də olanda da…”

Razi Nurullayevdən müxalifətdə olmadığının etirafı – “Hələ digər tərəfdə, AXCP-də olanda da…”

Müəllif: Baş Redaktor

Baş Redaktor

995752_10151828520907845_885640111_nBu gün Azərbaycan Respubilkasının prezidenti, eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günüdür. Bununla bağlı Ölkə.Az saytı siyasi partiya sədrlərinin Prezident İlham Əliyevə ürək sözləri və arzularını öyrənib. Ən maraqlı təbriklər isə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə əvvəl AXCP-dən istefa verən, daha sonra isə özünü AXCP sədri elan edən Razi Nurullayevdən gəlib.

Yenicag.az xəbər verir ki, Razi Nurullayevin təbriki Hafiz Hacıyevinkindən normal olsa da, ilk cümləsi ilə “bir çuval ənciri bərbad edib”:”Hələ digər tərəfdə olanda, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də olanda da, İlham Əliyevi iki dəfə təbrik etmişdim. Düşünürəm ki, dövlət başçısını partiya sədrinin təbrik etməsində hər hansısa siyasi məqsəd güdmək lazım deyil. İlham Əliyevi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzulayıram. Düşünürəm ki, Azərbaycanda partiya sədrləri özündə siyasi iradə tapıb dövlət başçısını və digər partiya sədrlərini təbrik etməlidir. Burada bir siyasi məqsəd axtarılmamalıdır. Bu bir mədəniyyət nümunəsidir. Bir daha İlham Əliyevə uzun ömür, can sağlığı arzulayıram. Arzu edirəm ki, cəmiyyətin gözləntilərini doğrultsun”.

“Hələ digər tərəfdə olanda, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də olanda da, İlham Əliyevi iki dəfə təbrik etmişdim” cümləsi ilə özünün artıq müxalifətdə olmadığını şüuraltı olaraq, qəbul etdiyini etiraf edib. Belə ki, siyasi arenada iqtidar və müxalifət tərəflərinin olduğunu nəzərə alarsaq, Ə.Kərimlinin də müxalifəti təmsil etdiyini düşünürsək, “digər tərəf” sözünün bir mənası var. O, da Razi Nurullayevin iqtidar düşərgəsində olmasının etirafı. Digər tərəfdən özünü AXCP sədri elan edən şəxs “, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP” sözünü işlədərək, partiya sədri olaraq, naşı cümləyə imza atıb.

Görünən odur ki, Razi Nurullayev bu proyekti də səriştəsizlikdən batıracaq. İqtidarın əksər qrant lahiyələrində aktiv olan və partiyadan istefa verdiyini bəyan etdikdən sonra yayın istisində birdən birə AXCP-ni “xilas etmək” üçün “and içən” Razi Nurullayevin Əli Kərimli kimi illərin qurd siyasətçisi önündə zəif fiqur olduğu bilinirdi. Ə.Kərimliyə qarşı daha ciddi rəqibin çıxarılması təklifi də bu səbəbdən irəli sürülmüşdü. Lakin R.Nurullayevin dostları ona şans verdirsələr də, görünən odur ki, quyuya su tökməklə bu işlər olmur.

Hətta Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı belə bəzən ondan daha sərt müxalifətçi obrazı yarada bilir. Ətrafındakılar onun adından nə qədər sərt açıqlamalar yazsalar da, özü danışdıqda, süni yaradılan “müxalif” obrazı uçub gedir. Bu çıxışında olduğu kimi… Əslində belə bir rəqibin olması Elçibəyə xəyanətinə görə, Əli Kərimlinin mükafatlandırılmasından başqa bir şey deyil.

Əbülfəz

Yenicag.az

Siyasət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti