www.sinerjipro.net

SinerjiProWide
Reklam

razim33Xaricə çıxma yasağı qoylan Xətainin icra başçısının hal-hazırda Novxanıdakı bağında dincəldiyi bildirilir.

Xətainin icra başçısı Razim Məmmədov xaricə çıxış yasağı qoyulub.

Bu barədə  özəl mənbələrdən daxil olan məlumatda bildirilir ki, Xətai rayon İcra Hakimiyətinin başçısı Razim Məmmədov yay məzuniyyətinə çıxıb. İcra başçısı yay məzuniyyətini ölkədən xaricdə keçirmək istəsə də, buna müyəssər ola bilməyib.

Belə ki, mənbə bildirir ki, icra başçısı xaricə getmək istərkən onu aeroportdan geri qaytarıblar. Razim Məmmədova qeyri-rəsmi şəkildə bildiriblər ki, ona ölkədən çıxmaq yasaq olunub.

Məlumatlı mənbə qeyd edir ki, Razim Məmmmədov hal-hazırda Novxanıdakı bağında dincəlir. İcra başçısının həmçinin narahat olduğu və xaricə çıxma yasağının səbəbini araşdırdığı və həmçinin bu yasağı qaldırmağa çalışdığı bildirilir.

Qeyd edək ki, Razim Məmmmədv son zamanlar ən çox tənqidə məruz qalan icra başçılarından biridir. Tez-tez Razim Məmmədovun vəzifədən çıxarılacağı ilə bağlı şayilər dolaşır və həmçinin mətbuatda bu barədə məlumatlar gedir.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq(pia).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."