“Real” dünya çempionu oldu

Müəllif: resul

Editor

realBu gün klublararası dünya çempionatında final oyunu keçirilib.

Yenicag.az Apasport-a istinadən xəbər verir ki, Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin “Real” klubu meydan sahibi “Kaşima” ilə qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar.

Görüşdə “Real”ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.

Klublararası dünya çempionatı
Final
18 dekabr

“Real” – “Kaşima” – 4:2 (əlavə vaxt)
Qollar: Benzema, 9, Ronaldo, 58 (pen.), 98, 104 – Şibasaki, 44, 52

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır