!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Real” qalib oldu

!Reklam – Yazi

eeeujukiolBu gecə UEFA Çempionlar Liqasında 2013/14 mövsümünün qalibi məlum olub.

Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ispan komandası – Madridin “Real” və”Atletiko” komandaları üz-üzə gəlib.

“Land of fire Azerbaijan” formalı “Atletiko” Portuqaliyanın paytaxtı Lissabonda keçirilən oyuna yaxşı əhval-ruhiyyədə çıxıb. Oyun 1:0 “Atletiko”nun xeyrinə bitib. Oyunun 36-cı dəqiqəsində Dieqo Qodin vurduğu qolla komandasına üstünlük gətirib. Lakin “Real” təzyiqlərini artıraraq 90+3-cü dəqiqədə Ramosun qolu ilə oyuna tarazlıq gətirib.

Qaret Beyl əlavə vaxtda 111-ci dəqiqədə “Real”ın ikinci qolunu vurmaqla komandasının tarixinə imza atdı. Marsel 117-ci dəqiqədə “Real”ın üçüncü qolunu vurdu. 119-cu dəqiqədə Ronalda 11 metrlik zərbədən komandasının dördüncü qoluna imza atdı.

Xatırladaq ki, Dieqo Simeonenin komandası bu mövsüm La Liqanı qızıl medallarla başa vurub.

Qeyd edək ki, “Atletiko” indiyədək ÇL-ni qazanmayıb. “Real” isə bu titulu doqquz dəfə əldə edib.

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv