!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Referendumda nə üçün “HƏ” deməliyik? – Şərhlər

!Reklam – Yazi

referendum11Elşən Manafov: “Təşəbbüs Azərbaycanda mövcud olan siyasi idarəetmə institutlarının daha da təkmilləşməsinə səbəb olacaq”

Elman Nəsirov: “Ölkədəki ictimai-siyasi sabitliyi daha da möhkəmləndirəcək, formalaşan təhlükəsizlik mühitini daha da gücləndirəcək və davamlı inkişafın bundan sonrakı təminatını da reallaşdıracaq”

Musa Qasımlı: “Dövlətimizin qüdrətli, vətəndaşların təhlükəsiz şəraitdə rifah halının daha da yaxşılaşdırılması, davamlı, sabit inkişafı üçün imkanlar artacaq”

Kamil Seyidov: “Dəyişikliklərin qəbul olunması dövlətimizin daha da çiçəklənməsi,  mövqeyinin güclənməsi, əhalinin rifah halının artması, hüquq və azadlıqlarının daha ardıcıl şəkildə qorunması baxımından əhəmiyyətlidir”

İlqar Orucov: “İmkan verəcək ki, qəbul olunan qərarlar, həyata keçirilən proqramları daha sürətli şəkildə həyata keçirmək mükün olsun” 

Sentyabrın 26-də Azərbaycanda növbəti referendum keçiriləcək. Bu dəfə 29 maddə üzrə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Təbii ki, təklif olunan dəyişikliklər əleyhinə olanlarla yanaşı, onu dəstəkləyənlər də var. Xüsusən də hakim partiya təmsilçiləri referendumda qoyulan məsələləri dəstəkləyirlər. Görəsn, referendumda təklif olunan dəyişiklikləri dəstəkləyənlər hansı arqumentlərə əsasən ona səs verəcəklər?

elsen manafovYenicag.az-a açıqlamasında politoloq Elşən Manafov bildirdi ki, referendumda qoyulan məsələlərə “hə” deyəcək, çünki  onun qəbulu ölkənin idarəetmə institutlarının daha da təkmilləşməsinə xidmət edəcək: “Referenduma təklif olunan təşəbbüslər dövlət başçısı tərəfindən irəli sürülüb. Həmin təşəbbüs Azərbaycanda mövcud olan siyasi idarəetmə institutlarının daha da təkmilləşdirilməsi, işinin daha səmərəli olmasına yönəlib. Yəni ilk növbədə vitse-prezident institutunun təşkili, ölkədə parlament və icra hakimiyyəti arasında münasibətlərdə siyasi böhranın yaşanacağı təqdirdə prezidentin qanunverici orqanı buraxmaq hüququnu özündə ehtiva etməsi, hakimiyyətdə kök salmış oliqarxlarla  bağlı prezidentə müəyyən səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, bir müddər əvvəl ölkədə kənd təsərrüfatının dirçəldilməsi və dövlətin büdcə imkanlarını artırmaq üçün prezident tərəfindən irəli sürülən kənd təsərrüfatında məlum sahələrin gücləndirilməsi təşəbbüsü müxtəlif oliqarxların nəzarətindəki hektarlarla torpaq sahələrinin dövlət tərəfindən geri qaytarılması  məsələlərini özündə ehtiva edir. Bu torpaqlar onlardan daha səmərəli şəkildə istifadə edilmək şərtilə qaytarılmalıdır. Bu da ölkədə həm kənd təsərrüfatının inkişafı, həm də ərzaq təhlükəsizliyi probleminin həllinə kömək edəcək. 100 minlərlə yeni iş yerləri yaranacaq. Bu da əhalinin maddi rifahının yaxşılaşmasına öz töhvəsini verəcək. İnsan haqları sahəsində mövcud problemlərin həllini özündə ehtiva edən dəyişikliklər də ölkədə insan haqları məsələsinə müsbət təsirini göstərəcək. Məhkəmə islahatları sahəsindəki dəyişiklik də məhkəmə ilə vətəndaş arasında olan bürokratik amillərin aradan qaldırılmasına kömək edəcək. Ən azı hakimlərin bilərəkdən məhkəmə proseslərini uzatmaq və bundan konyuktur maraqları naminə istifadə etmək kimi neqativ halların qarşısı alınacaq. Bu kimi amillərə görə Konstitusiya dəyişikliklərinə hə deməyi nəzərdə tutmuşam”.

1416940774_elman-1_1403933760bghfbcvMilli Məclisin deputatı Elman Nəsirov da saytımıza verdiyi açıqlamada qeyd etdi ki, referdumda təklif olunan dəyişikliklərə təbii ki, “hə” deyəcək: “Vətəndaş Cəmiyyəti Təşviqat qrupunun vəkiliyəm. Bununla bağlı olaraq Göyçay, Ağdaş, Kürdəmir rayonlarında insanlarla görüşərək nəzərdə tutulan hər bir Konstitusiya maddəsi üzrə izahat işləri aparırıq. Xalqla ünsiyyətdən də gördük ki, onlar da birmənalı şəkildə referendumu dəstəkləyir. 29 maddə üzrə təklif olunan maddələrin ümumi fəlsəfəsi odur ki, onun qəbulu 3 məsələnin gücləndirilməsinə xidmət edəcək. Ölkədəki ictimai-siyasi sabitliyi daha da möhkəmləndirəcək, formalaşan təhlükəsizlik mühitini daha da gücləndirəcək və davamlı inkişafın bundan sonrakı təminatını da reallaşdıracaq. Bunlar da mənim üçün əsas önəmli məsələlərdir. Ölkə prezidenti İlham Əliyevin siyasəti bu dediklərimi təmin edir. Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti və inkişaf mövcuddur. Referendum isə bu mühiti daha da gücləndirəcək”.

musa_qasimli(190320143)Millət vəkili, professor Musa Qasımlının fikrincə referendumda qoyulan məsələlərin qəbulu Azərbaycanın inkişafı yolunda yeni bir mərhələni açacaq : “Referendumda seçicilərin lehinə səs verəcəyi təqdirdə qəbul olunacaq dəyişikliklər ölkəmizdə siyasi sistemin islahatları istiqamətində yeni bir səhifə açacaq, dövlət idarəçiliyi daha mükəmməl və çevik olacaq, dövlətimizin qüdrətli, vətəndaşların təhlükəsiz şəraitdə rifah halının daha da yaxşılaşdırılması, davamlı, sabit inkişaf üçün imkanlar artacaq. Bu, Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyacaq”.

kamilAzad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov bu qənaətdədir ki, Konstitusiyada nəzərdə tutulan dəyişikliklər ölkəmizin daha da firavan və xoşbəxt olmasına hesablanmış addımlardır: “Azərbaycanda bu günə qədər keçirilən bütün referendumlar dövlətimizin daha da möhkəmlənməsinə xidmət edib. Bu mənada sentyabrın 26-da baş tutacaq referendumda təklif olunan dəyişikliklərin qəbul olunması da məhz dövlətimizin daha da çiçəklənməsi, onun mövqeyinin güclənməsi, əhalinin rifah halının artması, hüquq və azadlıqlarının daha ardıcıl şəkildə qorunması baxımından mühüm əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan hökuməti tərəfindən bu günə qədər atılan bütün addımlar ancaq və ancaq xalqımız və dövlətimizin maraqları və inkişafı naminə atılıb. Referendum da məhz bu məqsədlərə xidmət edir. Bu mənada da referendumda təklif olunan dəyişiklikləri dəstəkləyirəm. Çünki ölkəmizin firavan və xoşbəxt yaşamasının tərəfdarıyam”.

14330081_1259610397405159_3780068089177554860_nQHT təmsilçisi, “Gənc alimlər” İctimai Birliyinin sədri İlqar Orucov bu qənaətdədir ki, referenduma müsbət cavab verilməsi onun ardınca qəbul edilən qərarların daha sürətlə və çevik formada reallaşmasına imkan verəcək: “Təbii ki,  referenduma “hə” deyəcəyəm. Bilirsiniz ki, referendumda Konstitusiya aktına dəyişikliklər 3 blokda cəmləşib. Vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur. Bu da idarəçilikdə çevikliyin artırılmasına və daha effektiv idarəetmə mexanizminin formalaşmasına gətirib çıxaracaq.  Hesab edirəm ki, son illər cənab prezident tərəfindən həyata keçirilən islahatlar

imkan verəcək ki, qəbul olunan qərarlar, həyata keçirilən proqramları daha sürətli şəkildə həyata keçirmək mükün olsun.  İnsan hüquq və azadlıqları bölməsində də Azərbaycanın müasir inkişafı ilə səsləşən kifayət qədər dəyişiklik və əlavələr nəzərdə tutulub. Xüsusilə bələdiyyələrin məsuliyyətinin və torpaq mülkiyyətçilərinin sosial məsuliyyətinin artırılması məsələsi mühüm komponentlərdəndir. Bu məsələlərin də dəyişikliklərdə öz əksni tapması Azərbaycanın demokratik, insanlarının azad və firavan yaşamasını təmin edəcəkdir”.

Sevər ABBASLI

Yenicag.az

www.yenicag.az

706
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv