Reina terrorçusu həbs edildi - Video

Reina terrorçusu həbs edildi – Video

Müəllif: Redaktor

Editor

Yeni il gecəsi İstanbulun Reina gecə klubunda 39 nəfəri öldürən İŞİD-li terrorçu Adülqadir Masharipov saxlanılıb.

Türkiyə polisi terrorçunu İstanbulun Esneyurt bölgəsindəki bir binada keçirdiyi əməliyyat nəticəsində həbs edə bilib.

Əslən özbək olan Adülqadir Masharipov saxlanılarkən yanında 4 yaşlı oğlu da olub. Onunla yanaşı bir nəfər qırğız, 3 qadın, ümümulikdə 5 nəfər saxlanılıb. Ələ keçirilən qadınlardan biri seneqallı, biri somalili, digəri isə misirlidir.

Yeni il gecəsi naməlum şəxsin İstanbulun məşhur “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Yenicag.az

Xəbərlər, Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti