www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yeni il gecəsi İstanbulun “Reina” klubunda qanlı terror aktı törədərək onlarla insanı qətlə yetirən terrorçu Əbdülqədir Maşaripovun polisə verdiyi ifadəsinin tam mətni ortaya çıxıb.

Yenicag.az Lent.az-a istinadən xəbər verir ki, Maşaripov terror aktı barədə təlimatı İŞİD liderlərindən olan Əbu Cihaddan aldığını deyib.

O bildirib ki, bir neçə il öncə də Pakistanın Bader şəhərində bir hərbi maşının altına bomba yerləşdirib partladıblar. Maşaripov deyib ki, Türkiyəyə 2016-cı ildə qeyri-qanuni yollarla gəlib: “Ailələ 4 ay Zeytinburnunda qaldıq. Sonra Qayaşəhərdə bir ev kiralayıb ora köçdük. Suriyadakı İŞİD əmirindən 2016-cı ilin noyabr ayında “Konyaya get” təlimatı aldım. Ailəmlə Konyaya köçdük. Konyada 1 ay qaldıktan sonra İstanbula gəldim”.

Terrorçu bildirib ki, İŞİD rəhbərliyi ilə xəbərləşməni telefonlarda olan “Telegram” proqramı vasitəsilə həyata keçirib: “İŞİD-in Suriyadakı əmiri zəng edib “canlı bomba olacaq biri varmı” deyə soruşdu. Mən də “araşdıraram” dedim. O isə məndən bunu etməyimi istədi. Dekabrın 26-da terror barədə planı həyata keçirməyə başladım. Həmin gecə “Telegram”dan bir nəfər mənə teraktı qəbul edən şəxsin mən olub-olmadığımı soruşdu. Məni avtobus dayanacağına çağırdı. Rusca danışan qafqaz əsilli biri yanıma gəldi. Mənə yaddaş kartı və 700 lira verdi. Özünə yeni ev kirala dedi. Evə gedib yaddaş kartına baxdım. Teraktla bağlı rusca səs yazısı var idi. Ebu Cihad adlı biri yazdı ki, səs yazısı ona aiddi. Dekabrın 27-də Taksimdə kamerayla ətrafı çəkdim. Sonra Başakşəhərdə tutduğum yeni evə getdim. Ailəmi da oraya apardım”.

Qeyd edək ki, terror aktından sonra Maşaripovun “Əbu Cihad” dediyi şəxs də yaxalanıb. O, hazırda həbsdədir.

Terrorçu həmçinin bildirib ki, qanlı aktda istifadə etdiyi silahı yeni il gecəsindən 2 gün əvvəl bir başqa terrorçu ona verib. O, iddia edir ki, həmin terrorçu da rusca danışırmış və qafqaz əsilli imiş: “Həmin şəxs mənə “yeni il gecəsi Taksimdə nə edə bilərsən?” dedi. Mən də oraya xarici vətəndaşların gəldiyini, avtomatla onlara atəş açacağımı bildirdim. O isə məndən özümü partlatmağımı istədi”.

Maşaripov terror aktı barədə arvadına da məlumat verdiyini deyib: “Hava yağışlı idi deyə Taksimə silahla gəlməyin çətin olacağını düşündüm. Həm də Taksimdə çox adam olmayacağını Əbu Cihada yazdım. Bundan sonra ondan yeni təlimat gəldi. Dedi ki, bu saatda Taksimdə heç kim olmaz, “Reina” adlı bir klub var, orada terror törədə bilərəm. Taksiyə minib silahsız halda “Reina”ya getdim. Ətrafı izlədim, içəri girmədim. Əbu Cihaddan içəridən görüntü istədim. Mənə içəridə oynayanların videosunu atdı”.

Qatil 39 nəfəri necə öldürdüyünü də danışıb: “Bel çantamda maqazinlər var idi. Əl çantasına da avtomatı qoydum. Bombaları cibimə qoyub “Reina”ya getdim. Yolda telefonumu sındırıb atdım. Qapının ağzında polis var idi. İçəri girmək üçün onu vurdum. İçəri girəndə hədəf seçmədən maqazinlər boşalana qədər ətrafa atəş açdım. Ardınca da iki əl bombası atdım. Kurtkamı niyə çıxardığımı xatırlamıram. Bombalarından biri əlimdə partladı, əlim yaralandı. Öldüyümü düşündüm. Az sonra huşum yerinə gəldi, ayağa qalxıb çölə çıxdım”.

Terror aktından iki gün sonra Bakırköydə polis yoxlamasına ilişən Maşaripov necə qaçdığının detallarını da açıqlayıb. O deyib ki, Əbu Cihad bir nəfər göndərəcəyini bildirib: “Yolda maşınımızı polis saxladı. Arxada oturmuşdum. Polis diqqətlə mənə baxdı, biri isə başını pəncərədən içəri saldı. O an ona başından atəş açmağı düşündüm. Son anda fikrimi dəyişdim. Polislərə atəş açıb qaçdıq. Polis ardımızca gəldi, lakin bir müddət sonra izləməni saxladılar. Sonra maşından düşüb bir binada gecəyə qədər gözlədim. Silahı da orada gizlətdim. Əbu Cihada yazdım. Əbu Cihad dalımca bir iraqlı göndərdi. Mənə dedi, ölü kimi yaşa və heç bir yerə tərpənmə. Daha sonra isə elə həmin evdə yaxalandım”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."