“Reina” terrorçusundan Türkiyəni şoka salan etiraflar

Müəllif: Redaktor

Editor

İstanbulda “Reina” gecə klubuna hücum edən terrorçu Abdulqədir Maşaripovun ilkin ifadəsi məlum olub.

AzVision.az “Huriyyet”ə istinadən xəbər verir ki, terrorçu Əfqanıstanda Əl-Qaidə düşərgələrində silahlı təlim keçib daha sonra İŞİD qruplaşmasına qoşulub.

Terrorçu etiraf edib ki, ötən ilin yanvar ayında aldığı tapşırığa əsasən Suriyadakı müharibədə iştirak etmək üçün İrandan Türkiyəyə keçib. İstanbul terrorçusu Konyada qaldığı zaman ona Rakkadan gələn növbəti göstəriş Yeni il gecəsi Taksimdə terror aktı törətmək olub:

“Hədəfimiz Taksim idi. Lakin orada təhlükəsizlik tədbirlərinin güclü olduğu üçün terror törədə bilmədiyini söylədim. Təlimatı verən adama zəng etdim. O isə bölgədə başqa hədəf axtarmağımı tapşırdı. Mən də taksiyə minib ətrafı gəzdim, Zeytinburnuna gəldim. Həmin anda “Reina”nın hədəfə uyğun olduğunu gördüm və təlimatçı ilə əlaqə saxladım. Burada təhlükəsizlik zəif olduğu üçün qəbul etdi”.

İstanbul Kəşfiyyat və Terrorla Mübarizə şöbəsindən verilən məlumata görə Maşaripov qətliamı törətmək üçün 16 dekabrda İstanbula gəlib.

Abdulqədir Maşaripov hadisəni törətdikdən sonra hadisə yerindən qaçmaq məqsədi ilə əlindəki “Flashbang” adlanan əl bombasını partladaraq yaralı kimi çölə çıxıb. Mindiyi taksinin sürücüsünə pulu olmadığını deyəndə Kuruçeşmədə düşüb. Bir neçə taksi dəyişdikdən sonra Zeytinburnuna gəlib. Uyğur restoranında çalışan tanışlarından taksi pulu alaraq, gecəni orada keçirib.

Terrorçu hadisənin səhəri Esenyurtda kirayə tutulan evə gedib. 4 dil bilən terrorçuya biri qaradərili olmaqla iki qadın qulluq edib. Eyni zamanda qeyd olunub ki, polis terrorçunun yaşadığı mənzili 4 gün bundan öncə müəyyənləşdirib və yanındakı evi kirayələyib. Bu günlər ərzində evə gəlib gedən şəxslər və terrorçunun danışıdığı bütün nömrələr nəzarət altında olub.

Hazırda faktlarl bağlı araşdırma aparılır.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir