www.sinerjipro.net

SinerjiProWide
Reklam

reinaqiz“Reina” terrorundan xilas olan gənc qız maraqlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, Yeni ili qeyd etmək üçün Fransadan Türkiyəyə gələn Süheyla adlı gənc qız “Terrora inad Türkiyəyə yenə gələcəm” sözlərini deyib.

 

İstanbulun məşhur gecə klubu “Reina”da Yeni il gecəsi 39 nəfərin həyatını itirdiyi terror hadisəsinin ardından yaralıların müalicəsi davam edir. Onlardan bəzilərinin artıq müalicəsi başa çatıb və ölkələrinə dönüblər. Süheyla adlı 24 yaşındakı gənc qız da terrorda yaralananlardan biridir. Ayağından yaralanan və yanındakı dostlarından bəzilərini itirən gənc qız, Fransada yaşayır. O, əyləncənin kabusa döndüyü həmin gecəni belə xatırlayır:

“Silah səsləri eşidildiyi andan hər kəs bir tərəfə qaçmağa başladı. Mən də qaçıb gizlənməyə çalışdım, amma ayağımdan vuruldum. Türkiyəni sevirəm. Terrora inad hər kəsin dik dayanması lazımdır. Terrordan qorxmadığımı göstərmək üçün bu gözəl ölkəyə təkrar gələcəm. ”

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 75
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."