Rəis ölümə səbəb olub, hadisə yerindən qaçdı

Rəis ölümə səbəb olub, hadisə yerindən qaçdı

Müəllif: Baş Redaktor

Baş Redaktor

7_1340417978_nrtDünən axşam saatlarında Qəbələdə “VAZ 2107” markalı avtomobillə sərnişinlərlə dolu mikroavtobus toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişinlərin biri hadisə yerində keçinib, digərləri isə ağır yalanıb və təcili Qəbələ Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların 3-nün vəziyyəti çox ağır olduğundan onları Bakıya gətiriblər.

AzNews.az-a daxil olan məlumata görə, hadisənin baş verməsinə səbəb yol polislərinin onları təqib etməsi olub.

Elə buna görə də, xəsarət alanların qohumları Qəbələ rayonunun yol polis xidmətinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərovla bağlı aidiyyəti qurumlara müraciət ediblər.

43f04848316e70ffd346682c519b4b56Zərərçəkənlərin yaxını İldırım Səmədovun AzNews.az-a verdiyi açıqlamaya görə, polislər qəzaya səbəb olandan sonra hadisə yerindən qaçıblar: “Dünən axşam qardaşım Əhmədyar Səmədov və onun yoldaşı Gülxarə Səmədova, bacım Çeşminaz Ağayeva və yoldaşı Cumar Ağayev toydan gələrkən bu hadisə baş verib. Belə ki, yol patrul xidmətinin əməkdaşları yaxınlaşıb, onları qovaraq “saxla” əmri verib. Ən pis hal odur ki, polislər onları dar körpüdə qovub. Onlar da saxlamaq istəyəndə çaşıblar. Çünki həmin körpüdən sonra enli yol gəlirmiş. Qardaşım da həmin enli yolda saxlamaq istəyəndə qəza baş verib. Maşın körpünün qırağında olan səkiyə dəyib və maşını qazelin altına tullayıb. Hadisənin olmasına şərait yaradan Qəbələ Rayonun yol polisi xidmətinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərov hadisə yerindən qaçıblar. Onların insanlığı belə olmayıb. Hadisəni törədiblər, amma yaralılara yardım göstərmədən hadisə yerindən qaçıblar. Ən böyük bədbəxtçilik budur. Artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişik”.

İ.Səmədovun sözlərinə görə, xəsarət alanların vəziyyəti pisdir: “Hadisədən sonra xəsarət alanlar xəstəxanaya gətirilib. 1 saatdan sonra bacımın yoldaşı Cumar Ağayev keçindi. Qardaşım Əhmədyar Səmədov isə ciddi xəsarətlər alıb. Bacım Çeşminaz Ağayevanın qolu iki yerdən qırılıb, başı zədə alıb və çənə sümüyü qırılıb. Bacım Çeşminazı tərpətmək heç mümkün deyil. Qardaşımın yoldaşı Gülxarə Səmədovanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərdik. Belə ki, onun sifət və çənə sümükləri qırılıb arxaya gedib”.


Yol nəqliyyat hadisəsi xəsarət alanların qohumları sözügedən polislərin cəzalandırılmasını istəyir.

Kriminal, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti