!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Reket jurnalistlərin həbsi davam edəcək”- Açıqlama

!Reklam – Yazi

images-2“Əslində dırnaqarası jurnalistlərin həbs olunacağı gözlənilirdi. Açığı, bu, hələ bir az da gecikmiş addımdır. Çünki indi həbs olunanların adı hələ 2010-cu ilin əvvəlindən Mətbuat Şurasının “qara siyahı”sında idi”.

Bu fikirləri Yeniçağ.az-a açıqlamasında Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, Mətbuat Şurası tərəfindən adları “qara siyahı”ya salınanlarla bağlı müəyyən prosedurlar həyata keçirilib: “Onlara xəbərdarlıq olunub, tövsiyələr verilib. Dəfələrlə bildirilib ki, qeyri-qanuni yollardan çəkinsinlər. Təəssüf ki, bütün bunların bir nəticəsi olmurdu. Bu üzdən də onların adı “qara siyahı”ya salındı. Mətbuat Şurası tərəfindən aparılan mübarizə bəzi qurumlar tərəfindən tənqidi qarşılandı, çox hallarda da qarşısı alınırdı. Həmin dövrdə şikayət edən tərəf bu mətbu qurumların Mətbuat Şurasının qərarlarına əməl etmədiyini gördükdə hüquq-mühafizə orqanlarına, məhkəmələrə müraciət edirdilər. Təəssüf ki, MTN-nin bənam qruplaşması tərəfindən məhkəmələrə, şikayətçilərə təzyiqlər göstərirdilər. Təbii ki, bu məsələnin axırı belə həbslə də bitməli idi”.

Müşfiq Ələsgərli ile ilgili görsel sonucuM.Ələsgərli qeyd edib ki, həbs edilənlər Mətbuat Şurası tərəfindən müəyyən olunan şəbəkənin bir hissəsidir: “Ehtimal etmək olar ki, həbslər davam edəcək. Çünki onların içərisində ciddi qanun pozuntusuna yol vermiş böyük bir şəbəkə var. Təbii ki, bunların sifarişçiləri mövcuddur və onlarla da bağlı ciddi bir ölçü götürüləcək. Bu məsələdə narahatedici bir məqam var ki, həbs edilənləri jurnalist kimi təqdim edirlər. Əslində, onların fəaliyyətinin jurnalistikaya aidiyyatı yoxdur. Onlar bir qrup cinayətkardırlar və sadəcə, medianın adından istifadə edirlər. Yaxşı ki, Dövlət Təhlükəsizlik Xidməti bu adamlar haqqında ölçü götürdülər”.

Bəxtiyar
Yenicağ.Az

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv