!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Reket molla”lar necə yaranır?

!Reklam – Yazi

c1228fa44b2c95adf5e7df9c6b1e8d74Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanda reket jurnalistlər olduğu kimi reket mollalar da fəaliyyət göstərir.

Yenicag.az-a açıqlamasında komitə sədrinin bu fikirlərinə münasibət bildirən ilahiyyatçı Elşad Miri M.Qurbanlının dediklərində haqlı olduğunu bildirdi:

“İslam dinində xristianlıqda, yəhudilikdə, buddizmdə olduğu kimi din xadimi anlayışı yoxdur. Kimsə rəhmətə getdikdə, molla çağırıb, onu 40 gün bəsləmək, cibinə pul qoymaq kimi “adətlər” də dinimizdə mövcud deyil. Bunlar hamısı sonradan ortaya çıxmış, dindən istifadəetmə vasitələridir. Mübariz Qurbanlının reket mollar haqqındakı açıqlaması tamamilə yerindədir. Lakin bu neqativ halın qarşısını almaq üçün alternativ addımlar atılması haqqında da düşünmək gərəkdir. Komitə hətta məsələ ilə bağlı məscidlərdə mətbuata açıqlanmayan bir çox işlər də görür. İnsanlar da bu kimi tədbirlərə dəstək olmaq üçün məsuliyyətli davranmalıdırlar. Məsələn, bir insan vəfat etdikdə, kimisə dəvət edib, Quran oxutdurmaqdansa, mərasimə xərclənən vəsait hesabına yetimlərə, qoca və ya uşaq evlərinə yardım etməklə daha çox savab qazanmaq olar. Dində qeyd edilməyən məsələləri peşə halına gətirən insanlar var ki, onlara daha tez təsir etmək olar”.

E. Mirinin fikrincə, reket mollaların fəaliyyət göstərməsi və dindəki bir sıra digər neqativ halların artmasında başlıca səbəb maarifləndirmənin aşağı səviyyədə olmasıdır:

“Amerikada özünü əvvəl Mehdi, indi isə peyğəmbər adlandıran bir şəxs fəaliyyət göstərir. Bu adam “Qurani-Kərimi” ərəb dilində üzündən oxuya bilmir, lakin özünü insanlara peyğəmbər kimi təqdim edir. Onun yolunu qəbul edən insanların sayının artması fonunda artıq şəxsi televiziyası, saytları fəaliyyətə başlayıb. Hətta Quranın tərcüməsi ilə məşğuldur. Ona görə də maarifləndirmə tədbirləri yüksək olmalıdır ki, bundan pul qazanan insanların məsuliyyətli davranışı olsun. Hətta yeri gələrsə, bu məsələlərlə bağlı inzibati cəza tətbiq etməklə də problemi qabartmaq lazımdır”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv