“Reklam haqqında” qanunda dəyişiklik təsdiq edildi

Müəllif: Redaktor

Editor

prezident_imzaAzərbaycan prezidenti İlham Əliyev “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki,, dəyişikliyə əsasən, 32.1-ci maddəsinin birinci cümləsinə “müəyyən edilmiş” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən” sözləri əlavə edilir:

“32.1. İdman mərc oyunlarının, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) reklamının sifarişçisi qismində müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunmuş idman mərc oyunlarının operatoru və ya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş lotereya təşkilatçısı çıxış edir. Reklam bilet və kuponların üzərində yerləşdirilə bilər”.

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanının ləğvi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanının 2.10-cu bəndi aşağıdakı redaksiyada verilir:

“2.10. həmin Qanunun 32.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır