!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rektor deputat çağırış etdi

!Reklam – Yazi

ehmed_veliyev“Hər bir sahənin fəaliyyəti qanunla tənzimlənməlidir. Bu mənada “Elm haqqında” qanunun qəbul olunması çox əhəmiyyətli olacaq”.

Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əhməd Vəliyev deyib.

O bildirib ki, bu sənəd elmin inkişafına böyük təkan verəcək. Onun sözlərinə görə, qanun layihəsində elmi işçilərin əmək haqlarının artırılması, onların sosial məsələlərinin həlli, maddi stimul və s. məsələlər də əksini tapıb: “Elmlə təhsil inteqrasiya olunmalıdır. Dövlət rəhbərliyinin də belə bir strategiyası var ki, təhsil, elm və istehsalat inteqrasiya olunmalıdır. Elmsiz təhsil, təhsilsiz elm hər hansı müsbət nəticələrə imkan verə bilməz. Bu baxımdan, istər ali təhsil müəssisələrində, istərsə də AMEA və onun strukturlarında elmi fəaliyyətə çox ciddi fikir verilməlidir. Düşünürəm ki, bu qanun bu məsələləri tam şəkildə tənzimləyə biləcək”(azadinform).

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv