Yazı İçi 468×60

244716Yaralı hərbiçimiz “Rembo” ləqəbli tankçı-mexanik Razi Cavadov komadan ayılıb. Bu haqda sosial şəbəkədə xəbər yayılıb.

Xəbərdə qeyd olunur ki, Rembonun ayılması ilə bağlı məlumatı atası bildirib. O deyib ki, hərbiçimiz ayılan kimi anasını istəyib. Razi Cavadov həkim nəzarəti altında müalicəsini davam etdirir.

Xatırladaq ki, Goranboy rayonunun Balakürd kənd sakini, Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu, tankçı “Rembo” ləqəbli Razi Cavadov aprelin 2-dən 6-na qədər Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə işğal altındakı Talış kəndi arasındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Atasının və döyüş yoldaşlarının dediyinə görə, Razi Cavadov 4 günlük döyüşlərdə düşmən postunu darmadağın edərək onları pərən-pərən salıb, düşmənin bir neçə texnilkasını və canlı qüvvəsini məhv edib. Aprelin 6-da Razi düşmən snayperi tərəfindən başından vurulub. Onun üç azyaşlı uşağı – iki oğlu, bir qızı var. (baku.ws)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."