!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Repetitorlar məktəbə inamı öldürür” – Təhsil ekspertləri danışır

!Reklam – Yazi

mekteb_azerbaycan_respublikasi_tehsil_nazirliyi_terefinden_bir_informatika_kabineti_12_komputerle_techiz_olunubYaxın gələcəkdə Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məkrəb arasında birgə fəaliyyət müqavilələri imzalana bilər.

Bunu jurnalistlərə açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib. Onun bildirdiyinə görə məhz bu müqavilə çərçivəsində məktəblərdə təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə veriləcək.

Lakin indiki şəraitdə repetitorluq fəaliyyətilə məşğul olanlarla məktəb arasında bu tip müqavilənin olması təhsil ekspertləri tərəfindən yolverilməz hesab edilir.

Belə ki, Yenicag.az-a açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev sözügedən addım haqqında verilən məlumatı hüquqi və pedoqoji cəhətdən əsassız hesab etdi:

“Bu təşəbbüslər pedoqoji və hüquqi baxımdan doğru yanaşma sayıla bilməz. Hüquqi cəhətdən ona görə əsassız hesab edirəm ki, mövcud təhsil qanununda və məktəb nizamnamələrində orta təhsil ocağının öz fəaliyyətini hansısa repetitorluqla məşğul olanlarla uyğunlaşdırması barədə hər hansı bir maddələr yoxdur. Repetitorluqla məşğul olanların qeydiyyatdan keçərək vergi ödəyicisi olub-olmadığı barədə məlumatsızam. Amma onu bilirəm ki, bu adamlar hələ dövlət tərəfindən tanınmayan ayrı-ayrı şəxslərdir. Yəni o mənada tanınmırlar ki, repetitorlar ümumi qeydiyyatdan keçməmiş, vergi verməyən adamlardır. Çoxları da elə məktəblərdə müəllim işləyir. Bu müəllimlər məktəbdə təhsili səthi qurur, sonra şagirdləri məktəbdən kənar, evində daha ciddi şəkildə məşğul olmağa təşviq edirlər. Əjdər Ağayev ile ilgili görsel sonucu

Beləliklə də, ətraflarına şagirdləri toplayırlar. Digər tərəfdən, repetitor proqramı ümumtəhsil proqramı deyil. Repetitor proqramı qəbul imtahanlarına hədəflənmiş, yalnız testlərlə işlərdən ibarətdir. Testlərlə iş isə şagirdlərə heç bir dünyagörüşü aşılamır. Onlara ümumtəhsil dövründə verilən geniş əhatəli təlim-tərbiyə işini yerinə yetirmir. Repetitorla məktəb arasında birgə fəaliyyət müqaviləsinin imzalanması, prosesin əlaqələndirilməsinə gəldikdə, repetitor da müəllimdir, xaricdən gəlməyib ki, bir il və ya bir neçə ilə müqavilə ilə nəsə etsin. Tələb etmək lazımdır ki, repetitorluq edən müəllimlər zəhmət çəksin məktəbdə öz tədris işlərini yüksək səviyyədə qursunlar. Məktəbin tədris səviyyəsi yoxlanılmalı və o adamlar bir vətəndaş məsuliyyətinə cəlb edilməlidirlər ki, dərs proqramını yerinə yetirmədiyi halda necə repetitorluq edə bilirlər? Bu pedoqoji cəhətdən də sağlam münasibət deyil. Başa düşmürəm, ümumtəhsil məktəbini bu qədər gücdən salmaq, oyuncağa çevirmək, məktəb funksiyalarını yerinə yetirməmək meylləri nədən yaranır? Niyə insanların məktəbə olan inamını öldürürlər. Məktəbə inamın öldürülməsi həm də hakimiyyətə inamın öldürülməsi deməkdir”.

Təhsil eksperti Məhərrəm Zülfüqarlı sözügedən addımın müəllimlərin ziyanına işləyəcəyini diqqətə çatdırdı: “Dolların məzənnəsinin qalxması, müəllimlərə verilən vədlərin icra olunmaması, əmək haqlarının artırılmaması bu kateqoriyadan olan işçilərin gəlir yeri olan repetitorluq məsələsinə də rəhbərliyin qarışmasına gətirib çıxarıb. Müəllim əmək haqlarının artırılacağını, məktəbdə dərsini deməklə rahat yaşaya biləcəklərini gözləyirdi. Bu fonda repetitorluqla məşğul olan müəllimlərin məktəblə birgə fəaliyyət müqaviləsinin imzalanması müəllimlərin ziyanınadır. Məhərrəm Zülfüqarlı ile ilgili görsel sonucuBu hal müəllimlərin vəziyyətinin yaxşılaşdırılması əvəzinə, onun durumunu daha da pisləşdirəcək. Başqa sözlə, Təhsil idarəsi həmin qazanca şərik olacaq. Ondansa müəlimlərin maaşı 800-1000 manata çatdırılsın ki, onlar da gedib ancaq məktəbdə tədrislə məşğul olsunlar. İndiki halda isə müəllim həm dərs deyir, həm də əziyyət çəkərək repetitorluqla məşğul olur, amma buna görə onunla müqavilə bağlanmalı olduğunu deyirlər. Bu halda müəllim qazancının bir hissəsini vergi şəklində ödəməli olacaq. Anlamaq lazımdır ki, müəllim 100-150 manat əmək haqqı aldığına görə işdən sonra gedib repetitorluqla məşğul olmağa məcburdur. Bu məsələdə onun boğazına şərik olmaq lazım deyil. Yaxşı əmək haqqı ver və vergini də qanunla tələb elə. Amma yaxşı əmək haqqı olmadıqda bu cür hallar da baş verəcək”.

ELÇİN
Yeniçağ.Az

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv