!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəşad İsmayılov Acarıstanın turizm departamentinin sədri ilə görüşüb

!Reklam – Yazi
16 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin yeni  təyin olunmuş sədri  Surxan Glonti  ilə görüşü keçirib.
Yeniçağ.az xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.
Görüş zamanı ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
Baş konsul Rəşad İsmayılov, Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin  bu il iyunun 1-də Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında da qarşı tərəfə geniş məlumat  verib.
Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına toxunan Baş konsul, Tbilisidə və Batumidə  “Əli və Nino” bədii filminin gürcü dilində versiyasının premyerasından söz acaraq bu əlaqələrin Gürcüstan və Azərbaycan xalqlarının qədim dostluğunu tərənnüm edən bir tarix olduğunu bildirib.
Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Surxan Glonti də dost ölkə ilə   əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında turizm sahəsində münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıb.
Yeniçağ.az

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv