Yazı İçi 468×60

“Bizim öz məqsədimiz var. Meydana qələbə üçün çıxacağıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Çexiya yığmasının futbolçusu Marek Suşi deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çexiyalılar növbəti oyunlarını Azərbaycan millisinə qarşı keçirəcəklər.

Matçdan öncə keçirilən mətbuat konfransında “Bazel”in müdafiəçisi də iştirak edib. Suşi sabah baş tutacaq görüşlə bağlı fikirlərini bildirib:

“Azərbaycan yığması haqda məlumatlarımız var, müsbət fikirdəyik. Buna baxmayaraq, maksimum xal toplamaq, özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Azərbaycan millisi bizə simpatiya hissləri yaşadan komandadı. Rəqibin kapitanı Rəşad Sadıqovu millidə bu qədər oyun keçirdiyinə görə təbrik edirik. Ona böyük hörmətlə yanaşırıq. Millidə 110 oyun keçirib”.

– Çexiyadakı oyunda millimizlə heç-heçə oynamışdınız. Bakıya həmin xal itkisinin revanşını almaq üçün gəlmisiz?

– Düzdü, həmin görüşdə xal itkisi ilə üzləşmişdik. Hazırda mundiala çıxmaq şansımız qalmayıb. Bununla belə, bizim üçün millidə oynamaq böyük fəxrdi. Sabahkı matça gəlincə, revanş deməzdim. Amma bizə xallarımızın sayını artırmaq lazımdı. Buna görə də, meydana qələbə üçün çıxacağıq.

– Hər iki komandanın dünya çempionatının final mərhələsinə çıxmaq şansı qalmayıb. Maraqlıdı, siz özünüzü sabahkı matça necə kökləmisiz?

– Qarşıya qoyulan məqsədə çata bilmədik. Buna baxmayaraq, hər oyuna maksimum güclə hazırlaşırıq. Bacardığımız qədər çox xal toplamalıyıq. Özümüzü yüksək səviyyədə göstərməliyik. Psixoloji cəhətdən heç bir problemimiz yoxdu.

– Sabah Çexiya yığmasının müdafiə xəttinin işi çox olacaq?

– Müdafiədə diqqətli oynamalıyıq. Eyni zamanda, qol vurub, xal toplamaq lazımdı.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1001
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."