Yazı İçi 468×60

1409818049_zagruzhennoe-1Bu günün ikinci yarısında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayacaq. Görüşün pərdəarxası məqamları olduqca maraqlıdır. Mövzunu Yenicag.az-a şərh edən politoloq Tofiq Abbasov bildirir ki, İkitərəfli münasibətlər getdikcə formatını genişləndirir, bu baxımdan vaxtaşırı müzakirə və məsləhətləşmələrə böyük ehtiyac duyulur.

“Hazırda Qafqaz bölgəsinin təhlükəsizlik məsələsi həddən artıq aktual əhəmiyyət kəsb edir. Buna görə həmahəng qabaqlayıcı tədbirlərin əlaqələndirilməsi gündəmdə mühüm yer tutur. Elə bu müstəvidə birgə görüləsi işlər təxirəsalınmaz məsələyə çevrilir.İqtisadi blokda da bir çox mövqelər var ki, onlarla bağlı konsensusa gəlmək hər iki tərəfə lazımdır. İndiki məqamda qaz bazarında gərgin proseslərin getməsi tərəfləri daim məsləhətləşməklə rasional qərarların qəbul etməsini tələb edir. Lakin nəzərə alanda ki, iki qonşu ölkə müəyyən mənada partnyor olmaqla həm də rəqibdirlər, onda bəlli olur ki proseslərin çözülməsində müəyyən çətinliklər də mövcuddur”. –deyə politoloq sözlərinə əlavə edib.

Tofiq Abbasov, Azərbaycanın Avropa ilə əməkdaşlığına rəsmi Moskvanın qısqanclıqla yanaşdığını qeyd edir.

скачанные файлы

 

“Son günlər Bakı-Ankara-Aşqabad formatında keçmiş görüş əlbəttə ki, Moskvanı maraqlandırır. Çünki gündəlikdə Avropanın qazla təchiz edilməsi yaxın gələcəyin ağrılı problemlərindəndir. Rusiya bir neçə dəfə enerjidaşıyıcılarının Avropaya daşınması məsələsində Brüssel ilə münaqişəli anlar yaşayıb. Ukraynanı qaz qıtlığı ilə tənbeh etmə cəhdləri avropalıları xeyli narahat edib. Bu baxımdan Qərb gələcəyin çağırışları ilə əlaqəli diversifikasiya zərurətini gündəmə gətirib. Və yada salsaq ki, Azərbaycan avropalı istehlakçıları ümidsiz etməyib və özünü etibarlı təminatçı kimi təsdiqləyib, Brüssel çalışır ki, gələcəkdə Türkmənistanın da qaz ehtiyyatlı Azərbaycanın tranzit imkanları vasitəsi ilə Qərbə doğru ötürülsün.Çox guman ki, Moskva bu məsələdə qısqanclıq ifadə etməklə Tran-Xəzər qaz kəmərinin inşasına mane olmağa çalışacaq. Lakin Kreml anlamalıdır ki, Azərbaycan bu layihədə heç kəsə qarşı getmək niyyətində deyil. Bakı sadəcə öz maraqlaırın təmin etmək istəyir və bu da Azərbaycan dövlətinin suveren hüququdur”.

Politoloq Qarabağ məsələsinə də toxunub:

“Daha bir həssas məsələ Qarabağ problemidir ki, hazırda Rusiya nümayəndələri bununla bağlı bir neçə maraqlı açıqlama yayıblar. Moskva Minsk qrupunun həmsədri kimi münaqişənin ölü nöqtədən çəxarılmasına təkan verə bilər. İstisna etmək olmaz ki, bəlkə də Rusiyanın portfelində maraqlı, diqqət çəkən təkliflər var və onlarla bağlı Moskva siyasi danışıqları fəal müstəviyə keçirmək istəyir. Əgər bu həqiqətən də belədirsə, onda yaxın zamanda tək xarici işlər nazirlərinin deyil, həm də prezidentlərin görüşü baş tuta bilər”.

Kamran Ədalət

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."