www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti Ağcabədi rayonunun Şərəfxanlı kəndində Şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd orta məktəbində olub.

Yenicag.az xəbər verir ki, layihəyə əsasən Azərbaycanın regionlarında dövlətin dəstəyi hesabına gənclərin şəhid ailələri ilə görüşlərin təşkil olunması və məktəblilər arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi, onlara vətən sevgisinin doğru məqamlarla öyrədilməsidir. 18 oktyabr Respublika günündə belə tədbirlərin qeyd olunması təqdirə layiq görülüb.

Məhz bu yönümdə aparılan uğurlu siyasətə dəstək olaraq Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova və müavini Vəfa Abbasova şəhid ailələri ilə birgə bu tədbirin keçirilməsini təşkil ediblər.

Tədbir Azərnaycanın dövlət himni ilə başladıqdan sonra Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olunub. Məktəbin direktoru çıxış edərək tədbiri açıq elan edib. Bundan sonra Bahar Qasımova, Vəfa Abbasova, Şəhid anaları və diğərləri çıxış ediblər. Şərəfxanlı kənd Veteranlar Şurasının sədri, icra nümayəndəsi, qazilər, təhsil işçiləri, şəhidlərin döyüş yoldaşları, veteranlar tədbirdə nitq söyləyiblər. Tədbirdə məktəblilər tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda şeir və kompazisyalar səsləndirilib. Daha sonra şəhid Ceyhun Cəfərov və Dilsuz Qarayevin anaları və məktəbin direktoru Şövkət Səfərova bu tipli tədbirləri sıx-sıx keçirdiyinə görə Respublika Qadınlar Cəmiyyəti tərəfindən fəxri fərmanla təltif olunub.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib:

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 653
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."