!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəssamların görüşü Malatyada gerçəkləşdi – TÜRKSOY

!Reklam – Yazi

14804728_10209172477326959_1689391771_n19-cu TÜRKSOY Rəssamların görüşü 2016-cı ilin 10-20 Oktyabr tarixlərində Türkiyənin Malatya şəhərində baş tutub. 19 ölkədən qatılan 22 rəssamın əsərlərinin yer aldığı sərgi Malatya Mədəniyyət Mərkəzində ziyarətçilərə təqdim olunub. Sərginin rəsmi açılış mərasiminə TÜRKSOY sədr müavini Fırat Purtaş, Malatya valisi Mustafa Toprak, Malatya böyük şəhər bələdiyyəsinin sədri Ahmet Çakır və başqa rəsmilər qatılıblar.

14813456_10209172482607091_2045544652_n

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən İnönü Universiteti və “Türk İşbirliyi və Kordinasiya Agentliyi” ilə iş birliyi və Malatya Böyük şəhər Bələdiyyəsinin ev sahibliyi ilə təşkil olunan 19-cu TÜRKSOY Rəssamlar görüşünə qatılan sənətkarlar 10 gün ərzində həm təcrübələrini bölüşdülər, həm də yeni dostlar qazandılar. Sərginin açılış mərasimi öncəsi müsahibə verən TÜRKSOY-un sədr müavini Fırat Purtaş bildirdi ki, “10 gün ərzində Türk dünyasının fərqli yerlərindən gələn sənətkarların yüzə yaxın əsər yaradıb, amma bu əsərlərdən daha

önəmlisi, onların işbirliyi timsalında bir qardaşlıq əsərinin ortaya çıxıb”.

14800700_10209172482567090_388997996_n

Fırat bəy bu tədbiri Türk dilli dövlətlərin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Respublikaları) müstəqilliklərinin 25 illiyinə ithaf olunduğunu da dilə gətirdi. Belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün Malatya böyükşəhər bələdiyyə sədri Ahmet Çakır da öz növbəsində böyük bir qürur hissi keçirdiyini vurğuladı. O, belə tədbirlərin qohum olan türk xalqlarının bir-birilərinin mədəniyyətlərini daha da yaxından tanımağa yardım etdiyini söylədi.

14825657_10209172482647092_354786364_n

19-cu TÜRKSOY Rəssamlar görüşünə bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Altay (RF), Başqurdıstan (RF), Xakas (RF), Qaqauziya (Moldova), Saxa-Yakutya (RF), Tatarıstan (RF), Tuva (RF), Çuvaşıstan (RF), Makedonya, Kosova və Bosniya-Hersoqovinadan 22 rəssam qatılaraq, türk mədəniyyətində önəmli yer tutacaq yüzə yaxın sənət əsəri yaratdılar.

Tədbirin bağlanış mərasimi Türk dilli Respublikaların müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş TÜRKSOY Xalq Çalğı Orkestrinin konsert proqramı ilə bitdi.

Yenicag.az

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv